Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Dabaqla bağlı peyvəndləmə işlərinə başlanıldı

Tarix: 18-11-2025 11:25     Baxış: 368 A- / A+

Dabaqla bağlı peyvəndləmə işlərinə başlanıldı


MT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST/WOAH) birgə məlumat yayıb.
Manevr.az xəbər verir ki, məlumatda dabaq (Foot-and-Mouth Disease–FMD) xəstəliyinin əsasən Cənubi Afrika üçün xarakterik olan SAT-1 (Southern African Territories) serotipinin son aylarda Yaxın Şərq və Qərbi Avrasiya regionlarında aşkar edildiyi bildirilib.
Türkiyə, Gürcüstan, İraq və Azərbaycanın da daxil olduğu üçüncü epidemioloji hövzə ərazisində Türkiyə və İraqda xəstəliyin SAT-1 serotipinin yayılması rəsmi təsdiqini tapıb.
Bu səbəbdən FAO və ÜHST tərəfindən müvafiq ölkələrə bio­təhlükəsizlik, monitorinq və peyvəndləmə tədbirlərinin gücləndirilməsi, həmçinin xəstəliyə qarşı erkən xəbərdarlıq və cavab mexanizmlərinin təkmilləşdirilməsi tövsiyə edilib.
Bölgədə dabaq xəstəliyinin SAT-1 serotipi ilə bağlı yoluxma risklərini nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən builki peyvəndləmə planından kənar dabaq xəstəliyinin həmin serotipinə qarşı əlavə peyvənd alınıb və aidiyyəti qurumlar ilə razılaşdırılmaqla profilaktik peyvəndləmə tədbirlərinə başlanılıb.
Bildiririk ki, peyvənd tədarükü və peyvəndləmə tədbirlərinin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Artıq peyvənd vasitəsinin müəyyən hissəsi ölkəmizə gətirilib və sərhədboyu ərazilərdə dabaq xəstəliyinin SAT-1 serotipi üzrə peyvəndləmə işlərinə başlanılıb. Həyata keçiriləcək profilaktik tədbirlər dabaq xəstəliyinin SAT-1 serotipinin ölkə ərazisində yayılmasının və heyvandarlıq sahəsində itkilərin qarşısını almağa xidmət edir.
AXA FAO və ÜHST tövsiyələri nəzərə alınmaqla epizootik sabitliyin qorunması, biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi və peyvəndləmə tədbirlərinin operativ həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Manevr.az
 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar