Xəbər lenti
Ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edildi
Ötmə qaydalarının pozulması respublika yollarında baş verən ağır və faciəvi nəticəli yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri olaraq qalır. Belə qəzaların baş verməsinə çox zaman yüksək sürət, riskli manevrlər və sürücülərin yolun real vəziyyətini düzgün qiymətləndirməməsi səbəb olur.
Manevr.az xəbər verir ki, bu barədə BDYPİ-nin sürücülərə ünvanladığı müraciətdə bildirilib.
Qeyd edilib ki, xüsusilə əks istiqamətli hərəkət zolağına çıxaraq aparılan təhlükəli ötmə qarşı-qarşıya toqquşmalara səbəb olur ki, belə hallarda nəqliyyat vasitələrinin sürətləri bir-birinə doğru yönəldiyi üçün zərbə qüvvəsi dəfələrlə artır və nəticələr çox vaxt faciəvi olur.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, ötmə yalnız yol nişanlarının icazə verdiyi yerlərdə aparılmalı, əks istiqamətli hərəkət zolağına çıxmazdan əvvəl qarşıdan gələn nəqliyyat vasitələrinin sürəti və məsafəsi düzgün qiymətləndirilməli, təhlükəsizlikdən tam əmin olduqdan sonra bu proses icra edilməlidir.
Unutmayaq ki, yollarda təhlükəsizliyin əsas şərti diqqət, məsuliyyət və ehtiyatlı davranışdır.
Qaydalara əməl etmək özümüzü və başqalarını qorumağın ən sadə yoludur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























