Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın Milli Etalon Vaxtı beynəlxalq səviyyədə təsdiqlənib

Tarix: 18-11-2025 10:40     Baxış: 324 A- / A+
Azərbaycanın Milli Etalon Vaxtı beynəlxalq səviyyədə təsdiqlənib
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutu (AzMİ) milli vaxt infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addım atıb.
Manevr.az xəbər verir ki, ilk dəfə Milli Etalon Vaxtı, yəni UTC (AZ) Beynəlxalq Çəkilər və Ölçülər Bürosu (Bureau International des Poids et Mesures - BIPM) səviyyəsində təsdiqlənib.
Hazırda Azərbaycan UTC-yə (Coordinated Universal Time – Koordinasiyalı Universal Vaxt) töhfə verən laboratoriyaya malik dövlətlər sırasında yer alır. Belə ki, AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyası tərəfindən milli vaxtla peyk sistemləri arasındakı vaxt fərqinə dair məlumatlar mütəmadi olaraq BIPM-ə göndərilir.
Dəqiq vaxtın dövlət qurumları, özəl sektor, maliyyə və nəqliyyat sahələri, eləcə də telekommunikasiya şəbəkələri üçün əhəmiyyətini nəzərə alaraq, xarici mənbələrdən asılılığın azaldılması məqsədilə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyası müasir tələblərə uyğun yenidən qurulub.
Sözügedən laboratoriya yüksək dəqiqlikli sezium atom saatları, peyk siqnal qəbulediciləri və NTP (Network Time Protocol – Şəbəkə Vaxtı Protokolu) əsaslı vaxt paylama sistemi ilə təchiz olunub.
UTC (AZ)-nin təsdiqlənməsi maliyyə, telekommunikasiya, nəqliyyat, energetika və digər mühüm əhəmiyyətli sahələrin dəqiq, etibarlı və təhlükəsiz vaxtla təmin edilməsinə şərait yaradacaq. Eyni zamanda bu təşəbbüs ölkəmizdə vaxt metrologiyası üzrə elmi-tədqiqat fəaliyyətlərinin əsasını qoyacaq, kadr potensialının inkişafına və elmi-texniki tərəqqinin sürətlənməsinə töhfə verəcək.
Milli Etalon Vaxtının təsdiqlənməsi yalnız texniki yenilik deyil, həm də ölkənin strateji maraqları, iqtisadi təhlükəsizliyi, informasiya müstəqilliyi və beynəlxalq etibarlılığı baxımından mühüm əhəmiyyət kəsb edən addımdır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar