Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

"Xatirə İslam, Xankəndinin adını yalanlarınızla çirkləndirməyin"

Tarix: 17-11-2025 22:53     Baxış: 376 A- / A+

"Müğənni Xatirə İslam yalanları ilə görəsən kimi qandırmaq istəyir? Xatirə İslamın “Xankəndidə doğulan yeganə ifaçıyam, sənətim də göz qabağında. “Xankəndi” əsərim də milyonların dilində. Bəs niyə Xankəndidə, Şuşada əsas tədbirlərdə mən yoxam? Mən heç vaxt, heç kimə nəyəsə görə danışmamışam, heç kimlə də problemim yoxdur deyə, verdiyi açıqlamada tək bir gerçək onun Xankəndidə doğulmasıdır. Sənəti, ifaçılığı nədir bu barədə heç nə yazmayacağam".

Bu sözləri jurnalist, hazırda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışan Afət Telmanqızı sozial şəbəkədə yazıb. O, ifaçını yalan danışmaqda ittiham edib:

"Yalanı onun Xankəndidə keçirilən tədbirlərə dəvət olunmaması haqqında dedikəridir. 1 il ərzində ( Xankəndində işlədiyim müddət) Xankəndidə keçirilən bayram tədbirlərinə bu müğənni qatılmadı. Dəfələrlə burada keçirilən bayram konsertlərinə Xatirə İslam dəvət olunsa da müxtəlif səbəblər gətirib, iştirakdan imtina edib. Buna mən şahidəm. Mədəniyyət və dövlət əhəmiyyətli tədbirlərə gəlmək istəməyən Xatirə İslam, siz niyə doğru olmayan məlumatlar verirsiniz? Hamıdan birinci siz bu torpağa gəlib, konsert verməliydiniz. Amma sizi burada görən olmadı.

Doğrudur, sənətçinin hansı tədbirdə iştirak edib-etməməsi onun şəxsi qərarıdır. Siz də Xankəndidəki konsertlərdə iştirak etməmək qərarını özünüz vermisiniz. İnanın ki, sizdən heç bir gözlənti də yoxdur. İnsan torpağını sevəndə torpağı üçün əlindən nə gəlirsə edir. Sizin də bu torpağa verəcəyiniz tək şey burada oxuyacağınız mahnı ola bilərdi. Onu da özünüz çox görmüsünüz doğulduğunuz yerə. Heç olmasa Xankəndinin adını yalanlarınızla çirkləndirməyin".

Qeyd edək ki, müğənni Nura Surinin dövlət konsertlərinə dəvət almaması ilə bağlı paylaşımına bir çox sənət adamı da qoşulub. Onlar arasında müğənni Xatirə İslam da yer alıb. O bildirib ki, illərdir Mədəniyyət Nazirliyinin keçirdiyi tədbirlərdə yer almır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar