Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda Baş nazirin birinci müavini istefa ərizəsi yazdı

Tarix: 17-11-2025 21:01     Baxış: 3120 A- / A+
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev istefa ərizəsi yazıb.

O, noyabrın əvvəlində vəzifədən azad olunması üçün rəhbərliyə müraciət edib.

Hələlik E. Əliyevin ərizəsi qəbul olunmayıb. Bunun əsas səbəbi isə hazırda onun Naxçıvan Muxtar Respublikasının Baş nazirinin səlahiyyətlərini icra etməsidir. Muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov noyabrın 12-də Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyinat alıb.

Naxçıvan Nazirlər Kabinetinin rəhbərliyində isə iki şəxs təmsil olunur: Baş nazir və onun birinci müavini. Hazırda quruma Elşad Əliyev rəhbərlik edir. Muxtar respublikaya yeni Baş nazir təyin olunduqdan sonra onun istefa ərizəsinin qəbul olunacağı gözlənilir.

Qeyd edək ki, noyabrın 12-də Elşad Əliyevin 65 yaşı tamam olub. Onun istefa ərizəsi yazması da dövlət qulluğunda xidmətin son yaş həddinə çatması ilə bağlıdır.

Xatırladaq ki, Elşad Məmmədqulu oğlu Əliyev 1960-cı ildə anadan olub. 2002-2013-cü illərdə Naxçıvan Muxtar Respublikası Ordubad rayon İcra Hakimiyyətinin başçısı, 2013-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifələrində işləyib. 2018-ci ildə muxtar respublika Baş nazirinin birinci müavini təyin olunub. Bununla bağlı sərəncamı  Naxçıvan Ali Məclisinin o zamankı sədri Vasif Talıbov imzalayıb. yenisabah.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar