Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Əməkdar jurnalistdən etiraz: Qızına səhv diaqnoz qoyuldu və...

Tarix: 17-11-2025 20:34     Baxış: 372 A- / A+
Əməkdar jurnalist Fadil Paşayev TƏBİB-də övladının adına yazılmış saxta diaqnozla bağlı paylaşım edib.

O, övladının sağlamlıq haqqında arayışında “Yakob xəstəliyi zamanı demensiya” kimi ağır və nadir diaqnozun TƏBİB-in elektron sistemində əsassız şəkildə yerləşdirildiyini bildirib.

Paşayev həm TƏBİB-i, həm də Səhiyyə Nazirliyinin təmsilçiləri ilə əlaqə qurmağa cəhd edib. TƏBİB-in Sumqayıt filialı bunun “hərf səhvi” olduğunu və qısa zamanda düzəldiləcəyini bildirib, lakin 2 ay keçsə də, sistemdəki yanlışlığı aradan qaldırılmayıb.

Səhiyyə Nazirliyindən qeyd olunub ki, bu, TƏBİB-ə aid məsələdir və sistem onlarındır.

TƏBİB-in irada cavabı isə budur: “Paşazadə Fatimə Fadil qızının şəxsi kabinetində - my.gov.az portalında səhvən 2024-cü ildə “Kreystfeld–Yakob xəstəliyi zamanı demensiya” diaqnozu faktı qeydə alınıb. Aparılan araşdırma zamanı müəyyən edilib ki, texniki yanlışlıq qeydiyyat mərhələsində baş verib. Reyestrə təqdim edilən klinik diaqnoz Z02.1 kodu əvəzinə F02.1 kimi yazılıb. Müvafiq şöbəyə və qeydiyyatçılara xəbərdarlıq edilib, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün əlavə nəzarət tədbirləri görülüb”.

Qurumdan bildirilib ki, vətəndaşın real klinik vəziyyəti ilə qeyd olunan diaqnoz arasında heç bir tibbi uyğunluq mövcud deyil və bu, sırf texniki səbəbdən baş vermiş qeyri-dəqiqlikdir:

“Oktyabrın 18-də sistemdə (e-tabib mobil tətbiqində) bu məlumatın düzəlişi üzrə müvafiq addımlar atılıb və my.gov.az platforması ilə sinxron yenilənmə işləri aparılır. Yaxın günlərdə dəyişikliyin vətəndaşın my.gov.az platforması üzrə şəxsi kabinetində də əks olunması təmin ediləcəkdir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar