Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Bərdədə ƏMƏLİYYAT: Xadiməni əxlaqsızlığa cəlb edən sahibkar TUTULDU

Tarix: 16-11-2025 08:18     Baxış: 386 A- / A+
Bərdədə qadını əxlaqsızlığa cəlb edən şəxsə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları rayon ərazisində yerləşən kafedə əməliyyat keçiriblər.

Nəticədə kafenin icarədarının xidmətçi qadını (xadimə) fahişəliyə cəlb etdiyi məlum olub.Faktla bağlı icarədar, 58 yaşlı Manaf Quliyev (ad və soyad şərtidir) saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 243.1 (gəlir qazanmaq niyyətilə fahişəliyə cəlbetmə) və 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil etmə) maddələri ilə cinayət işi açılıb.

İttiham aktına görə, kafenin icarədarı olan Manaf Quliyev gündəlik 15 manat maaş qarşılığında xidmətçi kimi işə götürdüyü 51 yaşlı qadını fahişəliyə cəlb edərək 30 yaşlı müştəri ilə görüşdürüb. Bunun qarşılığında həmin müştəridən 20 manat alıb. Pulun yarısı özünə, yarısı isə zərərçəkən qadına çatıb.

Məhkəmə istintaqı zamanı sübut edilib ki, təqsirləndirilən Manaf Quliyev xidmətçi kimi işə götürdüyü Daşkəsən rayon sakini 51 yaşlı qadını müştəriyə təqdim edərək onu fahişəliyə cəlb edib.

Bərdə Rayon Məhkəməsinin qərarı ilə Manaf Quliyev barəsində 480 saat ictimai işlər cəzası verilib. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar