Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs ələ keçdi - Şəkil

Tarix: 14-11-2025 21:53     Baxış: 359 A- / A+
Rusiyanın Novosibirsk şəhərindəki Tolmaçevo Hava Limanında gömrük işçiləri rusiyalı sərnişinin baqajında qırmızı maralın 2,6 kq-dan çox çəkiyə malik iki buynuzunu aşkar ediblər.

Bu barədə Sibir Gömrük İdarəsi məlumat yayıb.

Məlumata görə, qanun pozucusu təsadüfi yoxlama üçün "yaşıl dəhliz"dən keçərkən saxlanılıb.

Sərnişinin Novosibirskdən Bakıya uçduğu bildirilib. Buynuzlar rentgen cihazı vasitəsilə aşkar edilib.

Qeyd olunub ki, qırmızı maralın buynuzları ilə ticarət nəsli kəsilməkdə olan vəhşi fauna və flora növləri üzrə beynəlxalq konvensiyaya (CITES) əsasən qadağan edilib.

Sərnişin izah edib ki, o, buynuzları Altay Respublikasında tətildə olarkən hədiyyə olaraq alıb.

Qanunu pozan şəxsə qarşı iki iş açılıb: Qadağalara və məhdudiyyətlərə əməl etməmək (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsi) və malların bəyan edilməməsi (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 16.2-ci maddəsinin 1-ci hissəsi). oxu.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar