Sizin Reklam Burada
Xəbər lenti
13-11-2025
12-11-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 3 və daha çox uşağı olan analara da erkən pensiya hüququ veriləcək?

Tarix: 13-11-2025 21:52     Baxış: 329 A- / A+
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli pensiyaya çıxmaqla bağlı mövcud güzəştlərin genişləndirilməsinin vacibliyini vurğulayıb.
 

O qeyd edib ki, hazırda 5 il tez pensiyaya çıxmaq hüququ yalnız 5 və daha çox uşağı olan analara verilir. Deputatın fikrincə, bu güzəştin dairəsi genişləndirilməli və 3 və daha çox uşağı olan ailələrin nümayəndələrinə də şamil edilməlidir.
 


İqtisadçı ekspert Elşən Bağırzadə bildirib ki, bu addım sosial siyasət baxımından müsbət hesab oluna bilər:

"Bu addım sosial siyasət baxımından müsbət hesab oluna bilər. Çünki çoxuşaqlı anaların ailə və cəmiyyət üçün rolu böyükdür və onların əmək fəaliyyətinə daha erkən son verməsi həm sosial rifah, həm də ailə institutunun möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Onu da nəzərə almaq lazımdır ki, ölkədə əhalinin sayı, doğrum səviyyəsi azalır. Bu baxımdan doğumu təşviq edən bu tipli siyasətlər müsbət nəticələr verə bilər”.

Ekspert deyib ki, belə güzəştlər pensiya sisteminin uzunmüddətli maliyyə dayanıqlığı baxımından diqqətlə qiymətləndirilməlidir:

"Digər tərəfdən, belə güzəştlər pensiya sisteminin uzunmüddətli maliyyə dayanıqlığı baxımından diqqətlə qiymətləndirilməlidir. Əgər bu qərar genişləndirilərsə və ya oxşar güzəştlər digər qruplara da şamil olunarsa, Dövlət Sosial Müdafiə Fonduna əlavə yük yarada bilər. Ona görə də bu tip qərarların yalnız sosial zərurət və fiskal imkanlar nəzərə alınmaqla verilməsi vacibdir”. 

İqtisadçı vurğulayıb ki, bu təşəbbüs sosial siyasətin humanist yönünün gücləndirilməsi üçün vacibdir:

"Ümumilikdə, bu təşəbbüs sosial siyasətin humanist yönünün gücləndirilməsi, Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi kimi məqsədlər baxımından müsbət qiymətləndirilə bilər, amma uzunmüddətli perspektivdə pensiya sisteminin sabitliyini qorumaq üçün də əlavə təhlil və hesablamalar aparılmalıdır. Nəzərə almaq lazımdır ki, ölkədə işləyən əhaliyə düşən pensiyaçıların sayı heç də az deyil, məşğulluq imkanları azaldıqca, əhali yaşlandıqca obu rəqəm daha da artacaqdır”.

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar