Sizin Reklam Burada
Xəbər lenti
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

"Hər cür zir-zibili kanala atırlar" - Maştağada balıqlar kütləvi şəkildə niyə tələf oldular?

Tarix: 13-11-2025 21:36     Baxış: 397 A- / A+
Abşeron su kanalının Maştağa qəsəbəsindən keçən hissəsində xeyli sayda balığın tələf olduğu müşahidə edilib.

Kanal yaşayış sahəsinin içindən keçdiyi üçün bəzi sakinlər tərəfindən məişət tullantılarının oraya atılması vəziyyəti daha da ağırlaşdırır.

"Hər cür zir-zibili buraya atırlar. Belə şey olmaz. Kanal dolur, su getmir. Üç-beş aydan bir gəlib təmizləyirlər. Kanalın üstü balıqla dolu idi. Adamın ürəyi ağrıyır. Bu qədər balıq qırılar?!" - deyə sakinlərdən biri narazılığını ifadə edib.

Başqa bir sakin isə belə deyib: "Kanalda on min balıq var idi. Zəhərli maddələr töküblər, nə ediblər, bilinmir".

Məsələ ilə bağlı Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, əməkdaşlar ərazidən su nümunələri götürərək Mərkəzi Laboratoriyaya təqdim ediblər. Analizlərin nəticələri açıqlanandan sonra faktla bağlı ətraflı məlumat veriləcək. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar