Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
BÜTÜN XƏBƏRLƏR

Gənc əsgərlərin andiçmə mərasimi keçirildi - FOTO

Tarix: 13-11-2025 18:20     Baxış: 340 A- / A+

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş çağırışçıların hərbi andiçmə mərasimi keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Mərasimdə daxili qoşunlar komandanının müavini - şəxsi heyət üzrə idarənin rəisi general-mayor İnqilab Muradov iştirak edib.
Hərbi rituala uyğun olaraq hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin yad edilməsi ilə başlayan mərasimdə Dövlət Himni ifa olunub.
Əsgərlər hərbi and içərək Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.
Mərasimdə çıxış edənlər əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, intizamlı xidmət etmələrini, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmalarını tövsiyə ediblər.
Sonra hərbi andiçmə münasibətilə əsgərlərə ünvanlanan təbrik çatdırılıb. Təbrikdə hərbi andı qəbul edən gənc əsgərlərin qoşunların bütün şəxsi heyəti kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırıq üçün şəxsi məsuliyyət daşıdıqları, həmçinin Daxili Qoşunların daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərilən diqqət və qayğının sıralarımızda xidmət edən hər bir gənci öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırdığı da vurğulanıb.
Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar