Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Mal bazarlarının fəaliyyəti bərpa edilir? – Video

Tarix: 12-11-2025 16:32     Baxış: 381 A- / A+
Mal bazarlarının fəaliyyəti bərpa edilir? – VideoOktyabrın 25-dən mal bazarlarının fəaliyyətinə tətbiq edilən məhdudiyyətlərin yaxın vaxtlarda, bəzi yerlərdə bu həftəsonu aradan qaldırılacağı gözlənilir.
Manevr.az xəbər verir ki, bu barədə heyvan alveri ilə məşğul olan şəxslər oxu.az-a məlumat veriblər.
Bildirilib ki, artıq dabaq xəstəliyi ilə bağlı təhlükə sovuşduğundan bazarların fəaliyyəti bərpa olunacaq.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən açıqlamada bu həftəsonu heyvan bazarlarının açılacağı təsdiq olunmasa da, bu istiqamətdə hazırlıq işlərinin görüldüyü bildirilib:
"Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvan bazarlarında aparılan monitorinqlər çərçivəsində diri heyvan bazarlarında mövcud infrastrukturun vəziyyəti qiymətləndirilib və sanitar-gigiyenik şəraitin yaxşılaşdırılması ilə bağlı bazar rəhbərliyinə müvafiq tapşırıqlar verilib. Hazırda bazar rəhbərlikləri Agentliyin təqdim etdiyi eskiz layihələr əsasında yenidənqurma işlərini həyata keçirir.
Bir sıra bazarlarda, o cümlədən Bərdədə yerləşən heyvan bazarının giriş-çıxış hissələrində dezobaryerlər quraşdırılır, xəstə heyvanların sağlam heyvanlardan ayrılması məqsədilə xüsusi izolyator sahəsi hazırlanır. Ərazidə asfaltlanma işləri aparılır, heyvanların yemlənməsi üçün yem anbarı tikilir. Bununla yanaşı, üstübağlı saxlanma sahələri yaradılır, yaşıllaşdırma işləri görülür. Həmçinin, ictimai iaşə obyektləri bazar ərazisindən kənarlaşdırılır.
Agentliyin regional bölmələri tərəfindən görülən işlərə nəzarət olunur və prosesin sürətləndirilməsi məqsədilə sahibkarlara metodiki dəstək göstərilir.
Qeyd edək ki, heyvan bazarlarının fəaliyyəti epizootoloji stabilliyin qorunması məqsədilə müvəqqəti məhdudlaşdırılıb. Baytarlıq-sanitariya tələblərinə tam uyğunlaşdırıldıqdan sonra bazarların fəaliyyətinə yenidən icazə veriləcək".
Heyvan bazarlarında görülən işlərə videogörüntüləri təqdim edirik:

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar