Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Dəfn müavinəti üzrə orta məbləğ artırılır

Tarix: 12-11-2025 16:14     Baxış: 383 A- / A+
Dəfn müavinəti üzrə orta məbləğ artırılır2026-cı ildə Azərbaycanda dəfn müavinətlərinə ayrılan xərclər 37,6 milyon manat təşkil edəcək.
Manevr.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi Rəydə bildirilib.
Qeyd olunub ki, müavinət alanların sayının 40 min nəfərə yaxın, orta məbləğinin isə 944 manat olacağı gözlənilir.
Məlumata görə, bu artım son illərdə minimum əmək pensiyasının artırılması və sosial müavinət məbləğlərinin yenilənməsi ilə bağlıdır.
Belə ki, 2025-ci il iyulun 1-dən etibarən işləyən sığortaolunanlara ödənilən dəfn müavinəti 600 manata, vəfat etmiş əmək pensiyaçılarının ailəsinə ödənilən müavinət isə yaşa görə minimum pensiyanın 3 misli - 960 manata yüksəlib.
Hesabatda qeyd olunub ki, bu istiqamətdə artım əhalinin rifahının və sosial müdafiə səviyyəsinin yüksəlməsi ilə əlaqədardır və gələcək illərdə də bu tendensiyanın davam edəcəyi gözlənilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar