Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Qazaxıstanda qəzaya uğrayan təyyarəmizə abidə ucaldılacaq

Tarix: 10-11-2025 19:41     Baxış: 377 A- / A+
Qazaxıstanda qəzaya uğrayan təyyarəmizə abidə ucaldılacaqQazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin düşdüyü ərazidə yeni abidə ucaldılacaq
Manevr.az xəbər verir ki, bu barədə təyyarə qəzasında həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın qardaşı Coşqun Nəsibli “Qafqazinfo”ya bildirib. 
“Bizə ölkəmizin Qazaxıstandakı səfirliyindən ucaldılacaq abidə ilə bağlı üç nümunə təqdim edilib. Bunlardan biri ucaldılacaq. Abidə kompleksinin açılışı təxminən hadisənin ildönümü ərəfəsinə düşəcək”, - o qeyd edib. 
 
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
 
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar