Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan bayrağı Nyu York səmasında!

Tarix: 08-11-2025 22:41     Baxış: 379 A- / A+
ABŞ-ın Nyu York şəhərində 8 Noyabr – Azərbaycanın Vətən müharibəsində Zəfərinin 5-ci ildönümü və 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə ölkəmizin dövlət bayrağı qaldırılıb.

Üçrəngli bayrağımız Nyu York şəhərinin simvolu və maliyyə mərkəzi hesab olunan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində "Wall Street"də yerləşən "Bowling Green" parkında nəhəng bayraq dirəyindən asılıb.

Bayraq qaldırma mərasimi Azərbaycan-Nyu York Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
Bu münasibətlə nəhəng bayraq meydanı kimi tanınan "Bowling Green" parkında təşkil olununan mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, Azərbaycan diasporunun fəalları və ABŞ-də təhsil alan azərbaycanlı tələbələr fəal iştirak ediblər.

Çıxışlarda 8 Noyabr – Zəfər gününün tarixi əhəmiyyətindən danışılıb, artıq beş ildir ki, Azərbaycan xalqının 30 ilə yaxın gözlədiyi qələbənin qürur və sevincini yaşadığı qeyd olunub. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı yumruq kimi birləşdi. Azərbaycan xalqı öz canları və qanları hesabına böyük qələbəni var edən şəhidləri ilə tarix yazdı. Vətən uğrunda canlarınl fəda edən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Daha sonra üçrəngli bayrağımız Dövlət Himnimizin sədaları altında Nyu York səmasına qaldırılıb, Azərbaycanın və ABŞ bayraqları səmada birlikdə dalğalanıb.

Mərasim yerli əhali və turistlərin də diqqətini çəkib, onlar bayrağımızın fonunda şəkil çəkdiriblər. Həmvətənlərimiz onlara Azərbaycan haqqında məlumatlar veriblər.

Qeyd edək ki, Nyu York şəhərinin ilk rəsmi parkı olan və nəhəng bayraq meydanı kimi tanınan "Bowling Green" bu gündən etibarən 10 gün müddətində Azərbaycan bayrağına ev sahibliyi edəcək. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar