8 noyabr – Zəfər Günü və 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzi və "Times" meydanındakı ən hündür göydələndə Azərbaycan bayrağı proyeksiya edilib.
Manevr.az-ın məlumatına görə, aksiya Amerika-Azərbaycan Gənclər Federasiyasının təşəbbüsü və Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.
İşıqlandırma yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 02:00) başlayıb və hər 5 dəqiqədən bir təkrarlanmaqla 8 saat davam edəcək. Azərbaycan bayrağının rəngləri ilə bəzədilmiş işıq şousu şəhərin müxtəlif nöqtələrindən görünən möhtəşəm mənzərə yaradıb.
Aksiya çərçivəsində Nyu-York sakinləri və turistlər Azərbaycan bayrağının proyeksiya olunduğu binaları böyük maraq və heyranlıqla izləyiblər."Report"
Xəbər lenti
Nyu-York göydələnləri Azərbaycan bayrağı ilə işıqlandırılıb

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































