Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən “İcma Mina Aksiyası” komandası qadın minaaxtaran vəzifəsinə işçi qəbulu elan edir.
Manevr.az xəbər verir ki, qadın minaaxtaran vəzifəsinə işçi qəbulunda aşağıdakı tələblər mövcuddur:
Minaaxtaran vəzifəsinə müraciət etmək istəyən şəxslər aşağıdakı meyarlara uyğun olmalıdırlar:
Azərbaycan Respublikasının vətəndaşı olan, 18-30 yaş aralığında fiziki və əqli cəhətdən sağlam şəxs (qadın);
Məsuliyyətli, nizam-intizamlı və komanda şəraitində işləməyə uyğun;
Cinayət məsuliyyətinə cəlb olunmamış, məhkumluğu olmayan;
Narkotik və psixotrop maddələrə asılılığı olmayan şəxs.
Təminat və şərtlər:
Rəqabətqabiliyyətli əməkhaqqı və səmərəli fəaliyyətə görə mükafatların verilməsi;
Gündəlik yemək, geyim (xüsusi forma) və yaşayış yeri ilə təmin edilmə;
Əməkhaqqı: 1000 AZN;
İş qrafiki: həftə içi 5 gün (08:00–17:00);
Şənbə və bazar günləri işləyənlərə həmin günlər üçün ikiqat ödəniş.
Maraqlanan xanım namizədlər aşağıdakı sənədləri office@iepf-ngo.org elektron poçt ünvanına və ya 051 215 08 80 WhatsApp nömrəsinə göndərməklə müraciət edə bilərlər:
Şəxsiyyət vəsiqəsinin surəti;
CV və ya bioqrafiya.
Sənədlərin qəbulu üçün son tarix: 13 noyabr 2025.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































