Xəbər lenti
Evində tozsoran işlədənlərə 8 VACİB MƏSLƏHƏT

Tozsoran hər bir evin əvəzolunmaz məişət cihazı sayılır. Ehtiyatlı istifadə etməli olduğunuz tozsoranların ömrünü qısaltmaq, iş keyfiyyətini aşağı salmaq istəmirsizsə, bəzi tullantıların bu cihazın içərisinə düşməsinə imkan verməməlisiniz.
Manevr.az publika.az-a istinadən həmin tullantıların siyahısını və səbəbləri təqdim edir.
Böyükölçülü şüşə qırıqları
Evdə şüşə qırıldıqda dərhal tozsorana tərəf qaçırıq. Ancaq unutmayın ki, böyükölçülü şüşə qırıntıları tozsoranın içərisini dağıdır.

Yaş qəhvə
Qəhvə aparatının filtrində yığılan yaş qəhvəni yerə tökdüyünüzdə dərhal tozsoranı işə salmayın. Çünki yaş qəhvə elektrik süpürgəsinin borusunda tıxaca səbəb ola bilər, motoru sıradan çıxarar.

Kül
Külü tozsoranla götürdükdə xırda dənəciklər arxadan havaya sovrulur, yəni evə...

Kağız parçaları
Bir neçə kağız parçası problem deyil. Ancaq çox olsa, tozsoranın mühərrikini sıradan çıxara bilər.

Kosmetik vasitələr
Kosmetik vasitələr cihazın içində əriyə və ciddi fəsadlar ortaya çıxara bilər.

Bitki yarpaqları
Yerə düşən yarpaqları tozsoranla təmizləmək can rahatlığıdır. Ancaq bu, cihazın ağzının tutulmasına səbəb ola bilər.

Maye maddələr
Yəqin bunu bilirsiz ki, mayeni tozsoranla çəkmək olmaz.

Saç
Az miqdarda saçı tozsoranla çəkmək problem yaratmaz. Ancaq topayla olsa, boruda tıxaca səbəb ola bilər.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar