Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Metroda məsafəyə görə gedişhaqqı nə vaxt mümkün olacaq? - AÇIQLAMA

Tarix: 06-11-2025 11:29     Baxış: 342 A- / A+

Metroda məsafəyə görə gedişhaqqı nə vaxt mümkün olacaq? - AÇIQLAMA

Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanları daha da genişlənib. Artıq metropolitendə sərnişinlər turniketlərdən keçərkən NFC texnologiyasını dəstəkləyən bütün yerli bank kartlarından, eləcə də “Apple Pay” və “Google Pay” kimi ödəniş sistemlərindən istifadə edə bilirlər. Bu yenilik paytaxtda nağdsız ödəniş ekosisteminin inkişafında növbəti mərhələ hesab olunur. Ekspertlər bildirirlər ki, gələcəkdə bu sistem əsasında məsafəyə görə fərqlənən gediş haqlarının tətbiqi də mümkün ola bilər.
Manevr.az-ın xəbərinə görə mövzu ilə bağlı modern.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, "Google Pay" və "Apple Pay"in testdən keçirilməsi, müxtəlif ödəniş növlərinin tətbiqinə aid olan məsələdir. O deyib ki, məsafəyə görə ödəniş və fərdi gediş tarifləri “Brutto müqavilə”lərinin tərkib hissəsi olmalıdır və bu sistem gələn ilin əvvəlindən etibarən artıq işə düşəcək.

“Sistem olaraq belə təkliflər, yəni gündəlik, aylıq bilet paketlərinin tətbiqi, güzəştli qrupların müəyyənləşdirilməsi və məsafəyə görə ödəniş mexanizmi mümkündür. Lakin bunun da öz fərqli nüansları var. Məsələn, dəmir yolunda olduğu kimi, həm girişdə, həm də çıxışda validasiya aparılmalıdır. Bunun üçün stansiyalarda texniki baxımdan xüsusi qurğular quraşdırılmalıdır ki, sərnişin gedişin əvvəlində və sonunda kartı vurduqda məsafəyə görə fərq hesablanıb ödəniş dəqiq müəyyən olunsun.

Lakin məsafəyə görə ödəniş sisteminin, əgər söhbət sırf metrodan gedirsə, yaxın zamanda onun tətbiqi real görünmür. Çünki, metro şəbəkəsi hələlik məhduddur və görüləcək işlər çoxdur, həm 58 illik mövcud infrastrukturun təkmilləşdirilməsi, eləcə də yeni xətlərin və stansiyaların tikilməsi qarşıda duran əsas vəzifələrdəndir”.

Ekspertin sözlərinə görə, sözügedən layihələr tamamlandıqdan sonra məsafəyə görə ödəniş məsələsinə baxmaq mümkün ola bilər, amma hazırda bu, real görünmür:
“Bundan başqa, fiziki olaraq, stansiyalarda əlavə qurğuların quraşdırılması üçün nə dərəcədə yer mövcuddur, bu da müəyyən mənada sual yaradır.
Gələcəkdə bu tip sistemlərin tətbiqi mümkündür, lakin bu günün məsələsi deyil. Daha real və yaxın perspektivdə həyata keçirilə biləcək addım, dünya şəhərlərində olduğu kimi, gündəlik, aylıq və illik bilet paketlərinin formalaşdırılması, həmçinin tələbələr, müharibə iştirakçıları və digər güzəştli qruplar üçün endirimlərin tətbiqidir.

Bununla yanaşı, “tranzit vaxtı” anlayışının, yəni bir nəqliyyat növündən digərinə 90 dəqiqə ərzində pulsuz keçid imkanının yaradılması da mümkündür və daha real hesab olunur. Bu sistem, bütün avtobusların nağdsız ödəniş sisteminə keçidindən sonra sözügedən mexanizm tətbiq oluna bilər”.

Nəqliyyat esksperti həmçinin vurğulayıb ki, hazırda diqqət əsasən nağdsız ödəniş sisteminin tam tətbiqinə yönəlməlidir:

“Bildirilir ki, təxminən 300 avtobusda validator quraşdırmaq mümkün deyil. Bu səbəbdən ilk mərhələdə həmin avtobuslar yenilənməli, sonra isə parkdakı digər nəqliyyat vasitələri mərhələli şəkildə bu sistemə inteqrasiya edilməlidir. Beləliklə, nağdsız ödəniş tam şəkildə tətbiq olunduqdan sonra güzəştli sistemlərin və tranzit keçid imkanlarının da tətbiqi daha real və səmərəli olacaq”,- deyə R.Ağamirzəyev qeyd edib.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar