Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Fəzail Ağamalının oğlu Ədliyyə Nazirliyinə müraciət etdi

Tarix: 05-11-2025 11:54     Baxış: 459 A- / A+
Fəzail Ağamalının oğlu Ədliyyə Nazirliyinə müraciət etdi
Ana Vətən Partiyasının sədr müavini Elçin Ağamalı oktyabrın 25-də keçirilmiş qalmaqallı qurultayın nəticələri ilə bağlı noyabrın 3-də Ədliyyə Nazirliyinə müraciət edib.

Manevr.az
xəbər verir ki, Elçin Ağamalı Modern.az-a açıqlamasında məlumatı təsdiqləyib.

O, qeyd edib ki, şikayətlərə fərdi qaydada baxılmadığından sənədləri şikayətlər qutusuna daxil edib:

"İndi onlardan cavab gözləyirik. Məsələ bir az xüsusi olduğu üçün, yəqin ki, diqqətlə yanaşacaqlar. Bizim müraciətimizə müsbət cavab veriləcəyinə böyük ümid edirəm. Görüntüləri də, protokolu da təqdim etmişik. Videogürüntülər protokolu tamamlayır. Azərbaycan ədliyyəsinin ədalətinə inanırıq. Müsbət qərar çıxacağına ümid edirik”.

Qeyd edək ki, oktyabrın 25-də Ana Vətən Partiyasının növbədənkənar qurultayı keçirilib. Qurultayda partiyanın sədri Fəzail Ağamalının qızı deputat Günay Ağamalının namizədliyini dəstəkləməsi qalmaqala səbəb olub.

Fəzail Ağamalının oğlu Elçin Ağamalı səsvermə keçirildiyini və özünün sədr seçildiyini bildirib. Fəzail Ağamalı və Günay Ağamalı isə qurultayın müddətinin uzadıldığını deyirlər.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar