Sizin Reklam Burada
Xəbər lenti
21-06-2026
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

Tanımadığınız nömrələrdən gələn linkləri açmayın - XƏBƏRDARLIQ

Tarix: 04-11-2025 14:51     Baxış: 3107 A- / A+

Son günlər "WhatsApp" istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdlərində artım müşahidə olunur.
Manevr.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, kiberdələduzlar bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli linklər vasitəsilə istifadəçiləri aldadaraq, SMS-lə gələn təsdiqləmə (OTP) kodlarını ələ keçirməyə çalışırlar.
Bu kod paylaşdığı halda, onun "WhatsApp" hesabı ələ keçirilir. Daha sonra kiberdələduzlar həmin hesabdan istifadə edərək, şəxsin yaxınlarına saxta mesajlar göndərir, onların maliyyə və şəxsi məlumatlarını ələ keçirməyə cəhd göstərirlər.
Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara "WhatsApp" hesablarının qorunması üçün aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:
* Tanımadığınız nömrələrdən gələn linkləri açmayın.
* ⁠Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin.
* OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməyin.
* Tətbiq ayarlarında ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirin.
* ⁠Şübhəli hallarla rastlaşdıqda tətbiqin dəstək xidmətinə müraciət edin.
* Profil məlumatlarını (son görülmə, profil fotosu, status və s.) yalnız kontaktlarınıza görünəcək şəkildə məhdudlaşdırın.
* Yaxınlarınızı, xüsusilə yaşlı və texnologiyadan az istifadə edən şəxsləri belə dələduzluqlar barədə məlumatlandırın.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar