Sizin Reklam Burada
Xəbər lenti
03-11-2025
02-11-2025
BÜTÜN XƏBƏRLƏR

Şampuna yarım çay qaşığı əlavə edin - ŞOK NƏTİCƏNİ görün

Tarix: 03-11-2025 08:47     Baxış: 327 A- / A+
Şampuna yarım çay qaşığı əlavə edin - ŞOK NƏTİCƏNİ görün
Tez yağlanan saçlar bir çox insan üçün gündəlik həyatda ciddi problemə çevrilir. Köpüklənən şampunlar müvəqqəti təmizlik hissi yaratsa da, saç dərisindəki artıq sebumu tamamilə aradan qaldıra bilmir. 
Manevr.az musavat.com-a istinadən saçın təbii təmizləmə üsulu olan - demək olar ki, hər mətbəxdə rast gəlinən sodanın faydasını təqdim edir. 
Soda illərdir dəri maskalarında, dişlərin ağardılmasında və ev təmizliyində istifadə olunur. Amma son vaxtlar saç dərisinə olan müsbət təsiri ilə diqqət çəkir. Xüsusilə yağlı saç problemi yaşayanların təcrübələri maraq doğurur. Saçlarını hər gün yumağa məcbur qalan bir çox insan bu üsul sayəsində artıq həftədə iki-üç dəfə yumaqla kifayətləndiyini bildirir.
Mütəxəssislərə görə, saçların tez yağlanmasının əsas səbəbi saç dərisində yığılan sebum və ölü dəridir. Adi şampunlar saç tellərini təmizləsə də, bəzən saç diblərinə tam çatmır.
Karbonat dənəcikləri isə birbaşa dəri səthində işləyərək kökləri açır və saçların “nəfəs almasına” şərait yaradır. Nəticədə həm saçlar daha həcmli qalır, həm də yeni çıxan saçlar daha sağlam olur. Təmizlənmiş saç dərisində qan dövranı sürətlənir və bu da saç tökülməsinin azalmasına kömək edir.
Ovcunuza əlavə etdiyiniz şampuna yarım çay qaşığı soda qarışdırın. Yay aylarında və ya həssas saçlarda miqdarı bir qədər azaltmaq olar. Qarışımı saç diblərinə masaj edərək çəkin və 4-5 dəqiqə saxlayın. Daha sonra bol su ilə yaxalayın. İlk istifadədən sonra belə təmizlik və yüngüllük hissi aydın şəkildə hiss olunacaq.
Sodanı əvvəlcədən şampun şüşəsinə qarışdırmaq olmaz. Çünki qarışım uzun müddət saxlandıqda təsirini itirir. Ən doğrusu, hər yuyunma üçün ayrıca hazırlamaqdır.
Həftədə bir-iki dəfə tətbiq etmək kifayətdir. Daha çox istifadəsi saç dərisində həssaslığa səbəb ola bilər.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar