Sizin Reklam Burada
Xəbər lenti
02-11-2025
01-11-2025
BÜTÜN XƏBƏRLƏR

Dərslərin dəhlizdə keçirildiyi məktəb - VİDEO

Tarix: 01-11-2025 21:24     Baxış: 335 A- / A+
Dərslərin dəhlizdə keçirildiyi məktəb - VİDEOYevlaxın Salahlı kəndində yerləşən orta məktəb qəzalı vəziyyətdədir. 
Manevr.az xəbər verir ki, 400-dən çox şagirdin təhsil aldığı orta məktəbdə yaranmış vəziyyət valideynlərin narahatlığına səbəb olub.
Sakinlər bildirib ki, dam örtüyünün külək qoparan hissəsində yerləşən siniflər yağış yağan zaman su içində olur. Şagirdlərin rahat dərs keçməsi, demək olar ki, mümkünsüzləşir. Təbiət hadisəsinin yaradığı fəsaddan sonra məktəbin 7 sinfi bağlanıb, şagirdlər dəhlizdə dərs keçmək məcburiyyətində qalıblar.
Salahlı kənd sakinləri küləkli, yağışlı havalarda uşaqlarını məktəbdən saxlamaq məcburiyyətində qalırlar. Onlar təhsil ocağında baş verə biləcək təhlükədən daha çox ehtiyyat edərək, belə addım atdıqlarını bildiriblər.
Salahlı kənd orta məktəbində küləkdən sonra yaranan çətinliyin nə vaxt aradan qaldırılacağını öyrənmək üçün adiyyəti qurumlara sorğu ünvanlanıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, Yevlax rayonu, Bəylər Alıyev adına Salahlı kənd tam orta ümumtəhsil məktəbinin dam örtüyünün külək nəticəsində zədələnməsi ilə bağlı daxil olmuş müraciətlər Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən diqqətə alınıb. Məsələ qısa zaman ərzində həll ediləcək.
Daha ətraflı “Xəzər” TV-nin videomaterialında:
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar