Xəbər lenti
“Əcəmi dairəsi”ndə xuliqanlıq edənlərə qarşı tədbir - Video

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Əcəmi dairəsi” və digər ərazilərdə keçirilən tədbirlərlə avtoxuliqanlıq, həmçinin konstruksiya dəyişikliyinə yol verən, eləcə də sərxoş halda avtomobil idarə edən 9 sürücü müəyyən olunub. Avtomobilləri duracağa yerləşdirilən sürücülər barəsində qanunvericiliyin tələbinə uyğun məsuliyyət tədbirləri görülüb.
Bununla yanaşı tütün məmulatlarının istifadəsi qaydalarına əməl etməyən, tullantıları urnalardan kənara atan, küçə ticarəti ilə məşğul olan, xırda xuliqanlıq və digər hüquqpozmalara yol verən şəxslər də müəyyən olunublar.
Həyata keçirilən profilaktik tədbirlərin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması və avtoxuliqanlığa qarşı mübarizənin gücləndirilməsidir.
Vətəndaşları narahat edən bu kimi halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































