Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Şəhid gizir Pəncəliyə Milli Qəhrəmanı adı verilə bilər

Tarix: 01-11-2025 15:40     Baxış: 384 A- / A+
Şəhid gizir Pəncəliyə Milli Qəhrəmanı adı verilə bilər

“Etibarlı mənbələrdən aldığımız məlumata görə, Astaranın Əzərüd kəndindən olan, ömrünün 17 ilini Vətənə şərəflə xidmət edən, aprel döyüşləri zamanı Talış yüksəkliyinin alınmasında böyük qəhrəmanlıq göstərən XTQ-nin giziri şəhid Pəncəli Teymurova yaxın vaxtlarda Azərbaycanın Milli Qəhrəmanı adı veriləcək”.

Manevr.az-ın məlumatına görə, bu xəbəri sosial şəbəkədəki “Qəhrəman Gizir Pəncəli Teymurov” səhifəsi ictimailəşdirib.

Qeyd edilib ki, P.Teymurov 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçərək 20 erməni əsgərinin olduğu maşını partladıb onların hamısını məhv etmişdi. Ermənilərə göz dağı olan Pəncəlinin başına bir milyard erməni dramı qoyulsa da, heç kəs onun nə ölüsünü, nə də dirisini əldə edə bilmişdi.

Xocalı soyqırımı zamanı azərbaycanlılara qarşı qətliam törədən erməni zabitlərdən biri illər sonra general-mayor rütbəsinə təqdim olunmağa gedərkən əfsanəvi kəşfiyyatçımız, "Qoca qurd" ləqəbli P.Teymurov onu sübh çağı izləyərək məhv etmişdi.
"Qırmızı beret" sahibi olan P.Teymurov Xüsusi Təyinatlı Qüvvələr üçün nəzərdə tutulmuş 6 ixtisasdan 6-na da yiyələnmişdi (dağ hazırlığı, snayper hazırlığı, hərbi dalğıc hazırlığı, paraşüt-desant hazırlığı, istehkamçı hazırlığı, ekstremal şəraitdə sağ qalma hazırlığı).

2016-cı ilin "Aprel döyüşləri"ndə onlarla erməni hərbçisini və texnikasını məhv edən P.Teymurov son damla qanına qədər döyüşərək komandiri ilə birlikdə şəhid olub.

Hələ 2016-cı ildə P.Teymurovun 7 mərasimində iştirak edən XTQ-nin sabiq komandanı (hazırda müdafiə nazirinin müavinidir) general-polkovnik Hikmət Mirzəyev demimişdi: "Pəncəli Teymurov Azərbaycan Xüsusi Təyinatlılarının onurğa sütunu olub və o, Astaranın 2-ci Milli Qəhrəmanı olacaq...".modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar