Xəbər lenti 
					
 
		Həmid Altuntop Azərbaycanda işləmək istəyir

Manevr.az xəbər verir ki, bu barədə Azərtac-a müsahibəsində 42 yaşlı veteran oyunçu özü məlumat verib.
O, bilik və təcrübəsini bölüşməkdən, xüsusən də gənc oyunçuların inkişafına dəstək olmaqdan həmişə məmnun olduğunu bildirib:
"Axı, biz hamımız eyni mədəniyyətin və futbol ailəsinin bir hissəsiyik. İstər Türkiyə Futbol Federasiyasında (TFF) işlədiyim vaxtlarda, istərsə də ondan sonrakı dönəmdə Azərbaycandakı futbol rəsmiləri (AFFA) ilə daim əlaqə saxlayırıq. Hazırda heç bir rəsmi əməkdaşlıq gündəmdə deyil. Ancaq Azərbaycan futboluna göstərdiyim hörməti və marağımı hər fürsətdə vurğulayıram".
Xatırladaq ki, Almaniya futbolunun yetirməsi olan Altuntop bu ölkənin "Şalke" və "Bavariya" kimi tanınmış komandalarında çıxış edib. O, həmçinin İspaniya nəhəngi "Real Madrid" və Türkiyə təmsilçisi "Qalatasaray"ın formalarını geyinib. Türkiyə yığmasının heyətində 82 oyun keçirən keçmiş yarımmüdafiçi 7 qolla yadda qalıb.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















