Sizin Reklam Burada
Xəbər lenti
23-12-2025
22-12-2025
BÜTÜN XƏBƏRLƏR

42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır - FOTO

Tarix: 31-10-2025 12:28     Baxış: 468 A- / A+

Süleyman Mikayılov ölkənin ən stajlı icra başçılarından biri sayılır. O, 20 ildən çoxdur Azərbaycanın müxtəlif rayonlarına rəhbərlik edir.
Manevr.az xəbər verir ki, metbuat.az-ın məlumatına görə, Süleyman Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. O, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Gənclik illərində peşəkar boksla məşğul olub. Ölkə birinciliklərində uğurları var.
63 yaşlı icra başçısı təxminən 20 il gömrük orqanlarında çalışıb. Karyerasının 1 ili 2019-cu ildə ləğv edilmiş Vergilər Nazirliyi ilə bağlıdır. Bir ilə yaxın Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.
Süleyman Mikayılovun bioqrafiyasında maraqlı məqamlar az deyil. İnternet resurslarındakı məlumatlar göstərir ki, Mikayılov idmanla yanaşı həm də hüquq elminə maraq göstərib. O, 2004-cü ildə, 42 yaşında Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Xatırladaq ki, Süleyman Mikayılov 4 mart 2010-cu ildən Qaradağ rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Mikayılov bu təyinata kimi Yardımlı və Lənkəran rayonlarına rəhbərlik edib.
2003-cü ildən Azərbaycan Boks Federasiyasının vitse prezidentidir.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar