Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi - Foto

Tarix: 30-10-2025 10:29     Baxış: 351 A- / A+
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi - FotoRamiz Mehdiyevin Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordenindən və digər fəxri adlardan məhrumedilmə prosesinə start verilib.
Manevr.az bakupost.az-a istinadla xəbər verir ki, Prezident.az saytında Ramiz Mehdiyevlə bağlı bütün məlumatlar silinib.
Saytın axtarış sistemində onun adı üzrə sorğu verilərkən heç bir nəticə çıxmır.
Saytın arxiv hissəsində Mehdiyevə “Heydər Əliyev” ordeninin təqdim edilməsi ilə bağlı 23 oktyabr 2019-cu il tarixli sərəncam və Prezident İlham Əliyevin ordeni şəxsən təqdim etdiyi video da artıq açılmır.
Adların geri alınması ilə bağlı sərəncam verilməsə də, bu, prosesin başladığını göstərir. Rəsmi sərəncamın məhkəmədən sonra veriləcəyi gözlənilir.
R.Mehdiyev Azərbaycan Respublikasının ən yüksək dövlət təltiflərinə sahibdir.
Belə ki, o, 2008-ci ildə “İstiqlal" ordeni, 2013-cü ildə "Şərəf" ordeni, 2018-ci ildə "Şöhrət" ordeni, 2019-cu ildə “Heydər Əliyev ordeni” ilə təltif olunub.
Xatırladaq ki, Ramiz Mehdiyev hazırda dövlət çevrilişinə cəhd, vətənə xəyanət və korrupsiya kimi ağır ittihamlarla istintaqa cəlb olunub.
Dövlət resurslarında aparılan dəyişikliklər göstərir ki, Mehdiyevin adının dövlət salnaməsindən çıxarılması mərhələsi başlayıb; o, təkcə vəzifəsindən deyil, həm də dövlət yaddaşından silinməkdədir. Çünki dövlətin verdiyi ən yüksək ordeni daşımağa sadəcə “keçmiş xidmətlər” bəs etmir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar