Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Tamilla Əliyeva vəzifəsindən azad edilib?

Tarix: 29-10-2025 19:17     Baxış: 366 A- / A+
Tamilla Əliyeva vəzifəsindən azad edilib?Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyəti sədrinin müavini Tamilla Əliyevanın vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. 
 
Manevr.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
 
Bildirilib ki, Tamilla Əliyeva AQTA sədrinin müvafiq əmri ilə Agentliyin Aparatında heyvan sağlamlığı və bioloji təhlükəsizlik məsələləri üzrə məsul vəzifəyə təyin edilib:
 
"Bu təyinatadək o, heyvan sağlamlığı və bioloji təhlükəsizlik sahəsində elmi əsasların formalaşdırılması, beynəlxalq təcrübənin tətbiq edilməsi, bir sıra nüfuzlu təşkilatlarda ölkəmizin təmsil edilməsi, baytarlıq preparatlarının və onlara aid sənəd, eləcə də materialların ekspertizası sahəsində fəaliyyət göstərib. Bu fəaliyyət çərçivəsində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Kommunikasiya və Baytarlıq Preparatlarının Nəzarəti üzrə Milli Əlaqələndiricisi kimi bioloji təhlükəsizlik və keyfiyyət tələblərinə cavab verməyən baytarlıq preparatlarının, o cümlədən vaksinlərin, antibiotiklərin, terapevtik preparatların dövriyyəyə daxil edilməsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirib.
 
Bundan sonrakı dövrdə də T.Əliyeva AQTA-nın heyvan sağlamlığı və bioloji təhlükəsizlik məsələləri üzrə məsul şəxsi kimi baytarlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsi, eləcə də heyvan xəstəliklərinin profilaktikası üzrə tədbirlərə nəzarət istiqamətində fəaliyyətini davam etdirəcək. 
 
Bir daha qeyd edək ki, AQTİ-nin nəzdində xüsusi təhlükəli xəstəliklərin aşkarlanması üzrə yüksək biotəhlükəsizlik tələblərinə cavab verən, ölkədə yeganə beynəlxalq akkreditasiya və səriştəlilik sınaqlarından uğurla keçərək qabaqcıl standartlara uyğun fəaliyyət göstərən laboratoriyaların məsul şəxsləri cari funksiyalarının icrasını davam etdirirlər. Sonda media nümayəndələrini informasiya yaymazdan öncə məlumatı rəsmi mənbələrdən dəqiqləşdirməyə çağırırıq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar