Xəbər lenti 
					
 
		Tamilla Əliyeva vəzifəsindən azad edilib?
 Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyəti sədrinin müavini Tamilla Əliyevanın vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyəti sədrinin müavini Tamilla Əliyevanın vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Manevr.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, Tamilla Əliyeva AQTA sədrinin müvafiq əmri ilə Agentliyin Aparatında heyvan sağlamlığı və bioloji təhlükəsizlik məsələləri üzrə məsul vəzifəyə təyin edilib:
"Bu təyinatadək o, heyvan sağlamlığı və bioloji təhlükəsizlik sahəsində elmi əsasların formalaşdırılması, beynəlxalq təcrübənin tətbiq edilməsi, bir sıra nüfuzlu təşkilatlarda ölkəmizin təmsil edilməsi, baytarlıq preparatlarının və onlara aid sənəd, eləcə də materialların ekspertizası sahəsində fəaliyyət göstərib. Bu fəaliyyət çərçivəsində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Kommunikasiya və Baytarlıq Preparatlarının Nəzarəti üzrə Milli Əlaqələndiricisi kimi bioloji təhlükəsizlik və keyfiyyət tələblərinə cavab verməyən baytarlıq preparatlarının, o cümlədən vaksinlərin, antibiotiklərin, terapevtik preparatların dövriyyəyə daxil edilməsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirib.
Bundan sonrakı dövrdə də T.Əliyeva AQTA-nın heyvan sağlamlığı və bioloji təhlükəsizlik məsələləri üzrə məsul şəxsi kimi baytarlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsi, eləcə də heyvan xəstəliklərinin profilaktikası üzrə tədbirlərə nəzarət istiqamətində fəaliyyətini davam etdirəcək.
Bir daha qeyd edək ki, AQTİ-nin nəzdində xüsusi təhlükəli xəstəliklərin aşkarlanması üzrə yüksək biotəhlükəsizlik tələblərinə cavab verən, ölkədə yeganə beynəlxalq akkreditasiya və səriştəlilik sınaqlarından uğurla keçərək qabaqcıl standartlara uyğun fəaliyyət göstərən laboratoriyaların məsul şəxsləri cari funksiyalarının icrasını davam etdirirlər. Sonda media nümayəndələrini informasiya yaymazdan öncə məlumatı rəsmi mənbələrdən dəqiqləşdirməyə çağırırıq".
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















