Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Vatsapla bağlı xəbərdarlıq – Hesablar oğurlanır...

Tarix: 29-10-2025 14:39     Baxış: 355 A- / A+
Vatsapla bağlı xəbərdarlıq – Hesablar oğurlanır...Son dövrlərdə bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli keçidlərə daxil olmaq nəticəsində Vatsap istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdləri artıb.
Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
Məlumata görə, kiberdələduzlar bu üsuldan istifadə edərək vətəndaşlara SMS vasitəsilə göndərilən təsdiqləmə (OTP) kodlarını ələ keçirməyə çalışırlar. Bu kodlar paylaşıldığı halda istifadəçilərin Vatsap hesabları oğurlanır.
Daha sonra onların adından yaxınlarına saxta mesajlar göndərilir. Beləliklə, həmin şəxslərin maliyyə vəsaiti və şəxsi məlumatlarının ələ keçirilməsinə cəhdlər edilir.
ETX vətəndaşlara bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin hesablarının qorunması üçün aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:
- Tanımadığınız nömrələrdən gələn linkləri açmayın.
- Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin.
- OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməyin.
- Tətbiq ayarlarında ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirin.
- Şübhəli hallarla rastlaşdıqda tətbiqin dəstək xidmətinə müraciət edin.
- Profil məlumatlarını (son görülmə, profil fotosu, status və s.) yalnız kontaktlarınıza görünəcək şəkildə məhdudlaşdırın.
- Yaxınlarınızı, xüsusilə yaşlı və texnologiyadan az istifadə edən şəxsləri belə dələduzluqlar barədə məlumatlandırın.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar