Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

"Sədərək" və otellərdə ƏDV fırıldağı: 7 milyon yedilər

Tarix: 29-10-2025 11:33     Baxış: 4119 A- / A+


"Sədərək" və otellərdə ƏDV FIRILDAĞI:  7 milyon yedilər
Bakı Ağır Cinayətlər Məhkəməsində Samil Kamil oğlu, Fərəhim Səfərov və Yelena Kudinovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda zərərçəkən Maliyyə Nazirliyinin hüquqlarını müdafiə edən vəkil dəymiş zərərin 250.000 deyil, 4 milyon manat olduğunu deyib. O, eyni zamanda vəsatət qaldıraraq, mühasibatlıq ekspertizasının təyin olunmasını məhkəmədən xahiş edib.
Məhkəmə mütəxəssisin məhkəməyə dəvət ediləcəyi ilə bağlı qərar qəbul edərək, növbəti prosesin 5 noyabr, saat 12:00-a təyin olunduğunu açıqlayıb.
Xatırladaq ki, təqsirləndirilən şəxslər 7 milyon manatdan çox vəsait dələduzluq yolu ilə ələ keçiriblər. Onlar mehmanxanalar, "Sədərək" ticarət mərkəzi, digər iaşə obyektlərində ƏDV-ləri qanunsuz olaraq leqallaşdırıblar. İstintaq sənədlərinə görə, təqsirləndirilən şəxslər müxtəlif şirkətlərdə işləyiblər.
Onların hər biri Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurma) maddəsi ilə təqsirli bilinirlər. Bundan əlavə, Samil Kamilli əlavə olaraq Cinayət Məcəlləsinin 193-1.2.3-cü (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar