Xəbər lenti
Qızı və qardaşı qızı ilə sevişən, inanılmaz iyrəncliklər edən ROMA PAPALARI: ŞOK FAKTLAR - FOTOLAR
Bir neçə gün öncə bütün xəbər saytlarını bürüyən, inanclı insanların heysiyyatına toxunulan mühüm bir xəbər yayıldı - Vatikanda növbəti seks-qalmaqalı: polis homoseksualların narkotiklərlə müşayiət edilən eyş-işrət məclisinə basqın etdi. İlkin olaraq “Metro” xəbər yaydı ki, jandarm Vatikanda bir mənzilə basqın edib, və gey-orgiya darmadağın edilib. Bəlkə də adi xəbər ola bilərdi, mənzilin sahibi nüfuzlu kardinal olmasaydı.
Binada yaşayan digər sakinlər "pis mənzil" barədə asayiş keşikçilərinə şikayət edib. Onların sözlərinə görə, axşamlar ora şübhəli şəxslər gəlirdilər. Hüquq mühafizə orqanları əməkdaşlarının əməliyyatı nəticəsində mənzildə yaşayan Papa Şurasının sədri, katib Françesko Kokkopalmerio tutulub. Ona hansı cəzanın veriləcəyi hələlik məlum deyil. Təxminən bir ay bundan öncə, iyun ayında isə Vatikanın baş xəzinədarı avstraliyalı kardinal Corc Pellanı insan zorlamaqda ittiham etmişdilər. Yeri gəlmişkən, homoseksual orgiyanın təşkilatçısı kardinal Françesko Kokkopalmerio uzun müddət narkotik asılılığı ilə mübarizə aparırdı.
Bütün bunların fonunda tarixə nəzər salmağı düşündük. Vatikanın 2000 illik tarixində bütün səhifələr ağ rəngdə deyildi – bir çox Roma Papası var idi ki, heç də dindar saymaq olmazdı, əksinə onlar tarixə Vatikanın üz qarası kimi düşməyi bacardılar. Adi insanlara örnək olmaq əvəzinə Papalar içərisində qəsbkarlar, əxlaqsızlar, indulgensiyalarla alver edənlər, yeni müharibələri alovlandıranlar və digər şəxslər var idi. Əsrlər boyu Papa taxt-tacı Avropa siyasətinin mərkəzi sayılırdı. Onların xeyirxah imici zaman keçdikcə əhəmiyyətli şəkildə dəyişməyə başladı. Bəs Roma Papalarından hansıları ən mənəviyyatsız şəxslər kimi tarixə düşə bilib?
Manevr.az aşağıdakı icmalla onların bir neçəsini təqdim edir:
Papa VI Stefan (bəzi mənbələrdə VII), öz qısa müddətli hakimiyyəti dövründə tarixə iz sala bildi. 897-ci ildə o, "meyit məhkəməsi" adını almış ən qorxunc məhkəmənin təşəbbüskarı olub. VI Stefanın əmrilə onun sələfi və ideoloji düşməni olan Papa Formozun meyiti məhkəməyə təqdim edildi. Qorxunc məhkəmə iclasında meyiti taxtın üstündə oturdaraq simvolik sorğu-suala tuturlar. Onu xainlikdə ittiham etdilər, seçilməsini etibarsız saydılar, barmaqlarını kəsdilər, roma küçələrində sürüdülər və naməlum əcnəbilərdən ibarət qəbirdə basdırdılar. Məhkəmədən az sonra zəlzələ baş verdi və romalılar bunu “yuxarıdan əlamət” kimi qəbul edərək VI Stefanı taxtdan endirdilər.
955-964 illərdə Papa olmuş XII İoann zinalarda, yalançı şahidlikdə, kilsə torpaqlarının satışında ittiham olunub. Liutprand Kremonski öz xronikasında bunları iddia edir: "Dəqiq sübutlar var ki, o, Renyenin dul arvadı Stefani ilə, atasının məşuqəsi Anna ilə, qardaşı qızı ilə zina etmiş və ümumiyyətlə müqəddəs yeri fahişə evinə çevirmişdi". Ölümü də eyni iyrənclikdədir - onu yataqda arvadı ilə görən bir kişi qətlə yetirib.
Roma Papası IX Benedikt də ən abırsız və əxlaqsız hökmdarlardan biri kimi tarixə düşüb. O, zorlama və orgiya (kütləvi seks) təşkil etməsilə ittiham olunub. Onu "keşiş libasında cəhənnəmdən gələn şeytan" adlandırırdılar. O, həmçinin, öz hakimiyyətini pulla satmaq və sonradan yenidən taxta qayıtmaq istəyib.
Papa VI Urban 1378-ci ildə Roma-katolik kilsəsinin parçalanmasının təşəbbüskarı olub və taxt-tac uğrunda bu ixtişaşlar təxminən 40 il davam edib. O, öz qəddar və zalım xasiyyəti ilə tanınırdı.
XXII İoann günahların bağışlanmasını özünəməxsus biznesə çevirdi. Günah nə qədər ağır idisə, onun bağışlanması da bir o qədər yüksək qiymətləndirilirdi. X Papa Lev isə daha irəli getdi: qərara gəldi ki, "tariflər" həddindən artıq aşağıdır və indulgensiyanın dəyərini artırdı. Özü isə bədxərcliyilə Vatikanın xəzinənisini boşaldırdı. Böyük məbləğ müqabilində qatillərin və insest edən şəxslərin günahlarından keçirdi. Bu hiddət doğuran özbaşınalıq Papalığa qarşı xüsusi çıxışlara, etirazlara gətirib çıxardı. Eyni zamanda Martin Lüter də etirazlara qoşulmuşdu.
Ən mənəviyyatsız və qalmaqallı Papa isə VI Aleksandr hesab olunur. Bu, onun Papalıq ləqəbi idi. Əsl adı Rodriqo Borcia olan mənfur şəxs haqda Publika.az əlavə yazı ilə çıxış edib. Dəyərli oxucular, onu artıq saytımızdan oxuya biliblər.
Əyyaş həyat tərzi ilə yaddaqalan, doğma qızı ilə intim münasibətdə olmaqdan belə çəkinməyən mənfur Papa zəhərlənərək öldürülür. Borcia ailəsi tarixin ən dəhşətli qəbiləsi, özündə xeyli qətl və əxlaqsızları cəmləyən ailə hesab olunur.(publika.az )
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar