Sizin Reklam Burada
Xəbər lenti
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

"Ramiz müəllim şərəfli həyat yolu keçib və o yoldan bizə də pay düşür" - Əli Həsənov

Tarix: 28-10-2025 08:58     Baxış: 3109 A- / A+
"Ramiz müəllim şərəfli həyat yolu keçib və o yoldan bizə də pay düşür" - Əli Həsənov (VİDEO)
Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov TV1 "YouTube" kanalına vaxtilə verdiyi müsahibəsində Ramiz Mehdiyev haqqında dedikləri diqqət çəkir.

Keçmiş məmurun sözlərinə görə, Ramiz Mehdiyevlə ilk tanışlıqları 1990-cı ilin parlament seçkisi zamanına təsadüf edir:

"Mən Ramiz müəllimlə 30 ildən artıqdır ki, tanışam. İlk tanışlığımız 1990-ildə baş verib. Özü də çox qeyri-rəsmi vəziyyətdə tanış olmuşuq. 1990-cı ilin parlament seçkisi dövrü. Amma ondan sonrakı dövrdə biz Yeni Azərbaycan Partiyasının yaradılması prosesində dəfələrlə telefon və digər vasitələrlə ünsiyyətdə olmuşuq".

Əli Həsənov qeyd edib ki, Ramiz Mehdiyev 20-ci əsrin ən böyük dövlət və ictimai xadimlərindən biridir.

"Söz yox ki, Ramiz müəllim 20-ci əsrin ən böyük dövlət və ictimai xadimlərindən biridir. Mən Ramiz müəllimə siyasi xadim demirəm, çünki o, müstəqil şəkildə siyasətlə məşğul olmayıb. Ramiz müəllimi siyasi xadim yox, daha çox dövlət və ictimai xadim kimi xarakterizə etmək istəyirəm. Ramiz müəllimdə dünyanın ən məşhur dövlət xadimlərinə xas olan bütün müsbət keyfiyyətlər var".

Keçmiş məmur vurğulayıb ki, Ramiz Mehdiyevin həyat yolundan ona da pay düşür:

"Doğrudan da Ramiz müəllim bir dəyərli, şərəfli həyat yolu keçib və o həyat yolundan onun silahdaşları olan bizə də bir pay düşür. Ramiz müəllimə həyatında möhkəm can sağlığı, eyni aydın düşüncə ilə bundan sonrakı fəaliyyətində də müvəffəqiyyətlər arzulayıram, - deyə o bildirib. unikal

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar