Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

3 gün əvvəl işdən çıxarılan generalın Saleh Səmədovla əlaqəsi üzə çıxdı - Şəkil

Tarix: 27-10-2025 22:30     Baxış: 446 A- / A+
Vəzifədən azad edilən general İlqar Abbasovun Saleh Səmədovla əlaqəsi üzə çıxıb.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilən general-mayor İlqar Abbasovla bağlı yeni məlumat yayılıb.

Belə ki, 2022-ci ilin iyulunda bu vəzifəyə təyin olunan İlqar Abbasov bir il sonra, 2023-cü ildə İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilən sabiq sədri Saleh Səmədova medal təqdim edib. O, həmin görüş zamanı Səmədova qurumun yaradılmasının 30 illiyinə həsr olunmuş medal və müvafiq sənədi təqdim edib.

İlqar Abbasovla Saleh Səmədovun yaxın münasibətləri bununla bitmir. Məlumatlara görə, bir müddət öncə Səmədovun oğullarından biri də Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində məsul vəzifəyə təyin olunub.

Qeyd edək ki, ötən həftə vəzifədən kənarlaşdırılan İlqar Abbasov bundan əvvəl Bakı şəhər prokuroru vəzifəsində çalışıb.

Xatırladaq ki, Saleh Səmədov bu il mayın 9-da - Faşizm üzərində Qələbə Günü münasibətilə keçirilən tədbirdə "Georgi lenti" ilə çıxış etdiyinə görə Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb, daha sonra isə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib. Onun iki oğlu da müxtəlif dövlət qurumlarındakı vəzifələrindən azad edilib. qafqazinfo.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar