Şirvanlı “iş adamı”nın sərgüzəştləri

Vergidən yayınma, qanunsuz sahibkarlıq, dövlətin iqtisadi maraqlarına zərbə, Qabil Məmmədovla sirrli əməşkdaşlıq...
Qurbanxan Dəmirov - bu “məşhur simanı” Şirvan-Sabirabad zonasında yaxşı tanıyırlar. Söhbət özünü tanınmış iş adamı, ictimai fəal və hətta ictimai dövlət xadimi kimi təqdim edən, keçmişdə partiya qəzetinin redaktoru, hazırda isə media reyestrindən keçə bilməyən və reket sayt kimi adı hallanan “Yenişirvanlı.info” saytının təsisçisindən söhbət gedir.
Hər fürsətdə özünü “qatı Heydərçi” kimi təbliğ edən Qurbanxan Dəmirov Şirvan camaatı arasında təhülkəli adam, şantaj, hədə-qorxu ilə vəzifəli şəxsləri təhdid edən, reket kimi daha çox məşhurdur. Onun ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etmələri və dələduzluq əməlləri barədə daxil olan məlumatlar mövcuddur.
Hədəfə aldığı icra orqanı nümayəndələrinə qarşı səsləndirdiyi ittihamların arxasında pul və maddi maraq dayanır.
Bahalı avtomilə malik olan, avtomobul kolleksiyası ilə korrupsioner məmurlardan heç də geri qalmayan məşhur “iş adamı”na məxsus maşınların dövlət nömrə nişanları da çox söz deyir: 10-200, 99-999, 55-555, 99-077, 18-100, 18-300, 18-800, 18-TT-200. Bunlar seriyalı avtomilləri sanki Ramiz Mehdiyevin maşın kolleksiyasını xatırladır. Həmçinin, Baki şəhərinin müxtəlif prestijli yerlərində ev və mənzilləri, Qubada villaları və digər ərazilərdə torpaq sahələri, ticarət obyektləri olan bu şəxsin var-dövləti dodaq uçurdur.
Bütün bunların müqabilində dövlətdən narazı qalan, dövlət nümayəndələrini ittiham edən Dəmirov dövlətin qanunlarını pozmaqla məşğuldur. Məsələn, Şirvanda şəhər ərazisini qanunsuz zəbt edərək parkinq yaradıb, digər obyekti olan yanacaqdoldurma məntəqəsində kassa çekindən istifadə etməməklə vergidən yayınır. Bu videoya diqqət edin, kadrlarda (5:15-5:45) Qurbanxana Dəmirova məxsus YDM-də həm kartla ödəniş qadağan edilib, həm də yaxın ərazidəki “dayanacaqda” 5 dəqiqəlik maşın saxlanmasına görə, 50 qəpik pul tələb olunur. https://www.youtube.com/watch?v=r0upgHcnxNk
Onun dəmiryolunun mühafizə zolağında ət kəsimi məntəqəsi yaratması həm dövlətin mühüm qanunlarını pozmaq, həm də insanların sağlamlığı və qida təhlükəsizliyi ilə bağlı normalara qarşı çıxmaqdır. Belə ki, “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları” və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”na dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarının tələbləri pozulur. Bundan başqa,“Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərindən irəli gələn qaydalara əsasən iri və xırdabuynuzlu heyvanların kəsim məntəqəsi üçün konret normalar müəyyələşib ki, qaydalarda ətin doğranması və qablaşdırılması, ətin soyudulması, yükləmə işləri üçün xüsusi ət kəsimi ünvanı olmalı, həmin yer bütün normalara cavab verməli və heyvanların saxlanması ilə yanaşı, izolyator da təşkil edilməlidir. Qurban Dəmirova həmin tələblərin heç birinə riayət etmir, ən əsası isə çirkab sular axıdılır və zərəverici həşaratlar bu zonaya toplanır.
Ət kəsimi məntqəsəinin yaxınlığında qum-daş-cınqıl satış obyekti də dəmir yolunun mühafizə zolağında qanunsuz və zəbt edilmiş ərazidir. Dövlət Dəmir Yolu hazılda mühafizə zolağında qanunsuz obyektlərlə bağlı ciddi tədbirlər görür və bu ərazidədki qanunsuzluqla bağlı da ölçü götürləcəyinə şübhə yoxdur.
Q.Dəmirov bu ərazidə kənd teəsərrüfatı malları satışı mağazası, kafe də işlədir ki, bu obyektlərdə də dövlətin qanunlarına məhəl qoyulmur. Bütün bunlar azmış kimi dəmir yolunun mühafizə zonası hüdudlarında maye qaz və benzin satışı məntəqəsi yaradılıb. Bu isə dövlətin qanunlarını tapdalamaqla yanaşı, iqtisadi təhlükəsizlik baxımından ən təhülkəli haldır. “Avtomobillərin yanacaq və maye qaz doldurulma məntəqələrinin texniki istismar qaydaları” barədə normativlərə əməl olunmur. Məlumdur ki, istər maye, istərsə də qaz kimi yanacaqlarla təmin edən yanacaqdoldurma məntəqələri “A”, yəni partlayış kateqoriyalı ən təhlükəli obyektlər siyahısına daxildir. Bu səbəbdən də yanacaqdoldurma məntəqələrinin təhlükəsizliyi ilə bağlı dövlətin xüsusi tələbləri qüvvədədir. Qanuna əsasən, həmin məntəqələr yaşayış, ictimai bina və qurğuların divarlarından ən azı 50 metr məsafədə tikilib-quraşdırılmalıdır. Ancaq həmin yanacaqdoldurma məntəqəsi ilə ətraf sahələr arasında məsafə addımlarla ölçülə bilər.
İkincisi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti də sərt tğdbirlər görməlidir, bu obyekt insanların həyatı üçün ciddi təhlükə mənbəyidir. Çünki bu obyekt dəmir yolunun mühafizə zolağında yerləşdiyindən yüksək gərginlikli elektrik hava xətlərinin yaxınlığında yerləşir. Qanunda da əks olunub ki, gərginlik və ya digər parametrlərdən asılı olmayaraq yüksək gərginlikli elektrik hava xətlərinin yanacaqdoldurma məntəqələrinin üzərindən keçməsi qadağandır.
Ən təhlükəli və Şirvan şəhərinin sakinləri üçün ölüm saçan obyektlərdən biri həmin yanacaqdoldurma məntəqəsinin yaxınlığında Q.Dəmirovun ot, pres satışı obyektinin olmasıdır. “Zapravka”dan 20-25 metr aralıda quru ot tayalarının yerləşdirilməsi hər an böyük təhülkəyə səbəb ola bilər.
Üçüncüsü, “Azərbaycan Respublikasının yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında” və “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarları, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ aktların tələbləri kobud şəkildə pozulur. Bu obyektdə müasir tipli elektron ödəmə qurğuları, o cümlədən Dövlət Vergi Xidmətinin tələb etdiyi “Smart” tipli yeni nəsil nəzarət-kassa aparatları, e-kassa qurğuları yoxdur. Bunun özü dövlətin ali qanunlarına qarşı çıxmaqdır. Azərbaycan Konstitusiyasının 73-cü maddəsinə əsasən, vergiləri ödəmək hər bir vətəndaşın borcudur. Ancaq vətəndaş Qurbanxan Konstitusiyaya məhəl qoymur.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, (maddə 213. Vergi ödəməkdən yayınma) vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin 213.2. bəndinə əsasən, eyni əməllər təkrarlandıqda, 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yaxşı olardı ki, müvafiq orqanlar son illərdə “Şirvan” kiçik müəssisəsində və Q. Dəmirova məxsus digər obyektlərdə vergi nəzarəti tədbirləri həyata keçirməklə dövlətin qanuni vergilərinin yayıdırılması hallarına görə, ciddi ölçü götürərdi. Çünki hansısa sahibkarın özbaşınalığı və qanunları saymamazlığı pis vərdiş yaradaraq dövlətin iqtisadi maraqlarına zərbə vurur.
Yeri gəlmişkən, Qurbanxan Dəmirov həmin yanacaqdoldurma məntəqəsini və digər obyektlərini açarkən bu ərazidəki çoxillik ağacları, “Qırmızı kitab”a düşmüş nadir ağac növlərini qıraraq, yaşıllıqları məhv edərək ağır cinayət törədib. Vaxtaşırı Ulu Öndərin adından öz çirkin oyunları üçün istifadə edən,“qatı Heydərçiyəm” deyən Qurbanxan “Qırmızı kitab”a düşmüş ağacları məhv etməklə, Azərbaycan dövlətinə və Ulu Öndərə xəyanət edib.
Onun milli xəyanətkar olmasını Almaniyada yaşayan bloqqe və haqqında cinayət işi açılmış Qabil Məmmədovla birgə dialoqları tam təsdiq edir. Qabilə “qadası” deyən bu şəxs aşağıdakı videoda (5:54-9:13) Azərbaycan dövlətinin əleyhinə təşkil edilən anti-milli kampaniyaya qoşulur.
https://www.youtube.com/watch?v=r0upgHcnxNk
Qabillə həmfikir və əqidə daşıyıcı olan Q.Dəmirov YDM və 10-a yaxın obyektinin, kafesinin, ət kəsmi məntəqəsini olmasını etiraf edir. Buna baxmayaraq, dövlətdən narazılığı bildirir.
Belə nankor və Qabilkimilərlə bir cərgədə olan Qurbanxan Dəmirovun Heydər Əliyevin adından sui-istifadə etməsinə, xaricdə Azərbaycana qarşı ermənilərlə birlikdə şər kampaniyası aparan qüvvələrlə eyni məslkədə olan belə nadürüstlrərə Ulu Öndərin müqəddəs ruhunu narahat etməsinə təcili qadağan qoyulmalıdır.
Q.Məmmədov və onu maliyyələşdirənlərin məqsədi Azərbaycanda sarsılmaz sabitlik və dayanıqlı inkişafın pozulması üçün təxrinbatlar yaymaqdır. Onlar sadə vətəndaşlarla icra və polis orqanları arasında qarşıdurma yarartmaq istəyir. Bu plan, eyni zamanda,Ş Avropadakı erməni lobbisinin anti-Azərbaycan ssenarisidir və Qabil Məmmədov kimi satqınlar pul müqabilində bunu təbliğ edirlər. Müvafiq dövlət orqanları, Baş Prokurorluq vaxt itirmədən Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən barəsində 16 il müdddətə azadlıqdan məhrumetmə cəzası verilmiş Qabil Məmmədovla əlaqədə olan ayrı-ayrı şəxslər barəsində apardığı araşdırmalarda Q.Dəmirovun də əməllərinə hüquqi qiymət verməlidir.
Manevr.az



































