Xəbər lenti
Dubay-Bakı aviareysində şübhəli şəxs: ayaqqabısının içindən...
Gömrük əməkdaşları külli miqdarda qızıldan hazırlanmış sikkə və külçələri Azərbaycan gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən milli.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qızıl məmulatının bir qrup şəxs tərəfindən qanunsuz yolla ölkə ərazisinə gətirilməsi barədə daxil olan əməliyyat məlumatına əsasən, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşları Rzayev Zakir Rauf oğlu və Qasımov Qasım Bala Nadir oğlu nəzarətə götürülüb.
Adı çəkilən vətəndaşlar gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərlərində gömrük nəzarətinə bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilən hər hansı əşyanın olub-olmadığı soruşulub. Onlar belə bir əşyanın olmadığını bildiriblər. Sonra həmin vətəndaşların üzərində şəxsi yoxlama aparılıb.
Z.Rzayevin üzərində şəxsi yoxlama zamanı ayaqqabısının hər bir tayının içərisində 1 ədəd olmaqla, cəmi 2 ədəd sarı rəngli metaldan hazırlanmış sikkə, şalvarının ciblərində isə cəmi 4 ədəd sarı rəngli metaldan hazırlanmış külçə aşkar edilib.
Q.Qasımovun üzərində şəxsi yoxlama zamanı, ayaqqabısının bir tayının içərisində 2 ədəd, digərində isə 3 ədəd olmaqla, cəmi 5 ədəd sarı rəngli metaldan hazırlanmış sikkə aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən bütün sikkə və külçələrin metalı 999.9 əyarlı qızıl, ümumi çəkisi isə 1866,56 qramdır.
Faktla bağlı araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar