Sizin Reklam Burada
Xəbər lenti
25-10-2025
24-10-2025
BÜTÜN XƏBƏRLƏR

Sabunçu Tibb Mərkəzi göndərişi olan xəstəni qəbul etmir? - İDDİA

Tarix: 25-10-2025 08:52     Baxış: 330 A- / A+
Əlində tibbi göndərişi olsa da, xəstəni Sabunçu Tibb Mərkəzinə qəbul etmirlər.

Şəxsin özü və yaxınları belə iddia edirlər.

Xəstəlikdən əziyyət çəkən İsmayıl Mirzəyevin 38 yaşı var. Deyilənə görə, hər şey 3 ay əvvəl qəfildən başlayıb. Virus səbəbindən sinirləri iflic olub və getdikcə bütün orqanizmə yayılıb.

İsmayıl Mirzəyevin bacısı Səbinə Mirzəyeva deyir ki, qardaşını təcili xəstəxanaya yerləşdirməyə ehtiyac var, çünki çətin vəziyyətdədir.

Amma əllərində göndəriş olsa da, onu Sabunçu Tibb Mərkəzinə qəbul etmirlər.

Səbinə Mirzəyevanın iddiasına görə, Sabunçu Tibb Mərkəzində hər dəfə bir səbəb göstərərək qardaşını xəstəxanaya qəbul etmirlər. Sonuncu dəfə isə onlara xəstəxanada yer olmadığı bildirilib.

Məsələ ilə bağlı Sabunçu Tibb Mərkəzindən bildirilib ki, növbətçi həkim-nevroloqun baxışı zamanı İsmayıl Mirzəyevin emosional gərginliyi nəzərə alınaraq xəstəyə müvəqqəti olaraq Psixosomatika şöbəsinə yerləşdirilməsi təklif olunub, lakin pasiyent bu təklifdən imtina edib. Mərkəzdən o da qeyd olunub ki, Nevrologiya və Psixosomatika şöbələrinin ixtisaslı həkimləri tərəfindən xəstəyə təkrar baxış keçirilib. Hazırda xəstənin mövcud vəziyyəti nevroloji baxımdan kəskinləşmə dövründə olduğu üçün müalicəsinin Nevrologiya şöbəsində davam etdirilməsi qərara alınıb. azxeber.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar