Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Məcburi köçkün olan rejissor yataqxana ilə təmin olunub

Tarix: 24-10-2025 23:24     Baxış: 390 A- / A+
Məcburi köçkün olan rejissor yataqxana ilə təmin olunub
Azərbaycan Dillər Universitetinin yataqxanasında məskunlaşan Cəbrayıl rayonundan məcburi köçkün düşmüş Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın yataqxanada yaşaması təmin olunub.
 
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
 
Qeyd olunub ki, aidiyyəti qurumların nümayəndələri ilə birgə Gülnar Hacıyevanın məskunlaşdığı otağın qapısına vurulan möhür sökülüb:
 
"Hazırda xanım öz otağındadır və orada yaşamağa davam edəcək", - deyə məlumatda bildirilir.
 
Xatırladaq ki, ötən gün Cəbrayıl rayonundan məcburi köçkün düşmüş Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın yaşadığı Azərbaycan Dillər Universitetinin yataqxanasındakı otağının möhürlənməsi ilə bağlı məlumat yayılıb.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar