Xəbər lenti
Daha yer qalmayıb qəbir qazmağa, dünya özü boyda qəbir kimidir

HAVADA YELLƏNƏN SÖZ
“Özümüz düzəlsək, düzələr dünya.”
Rafiq Yusifoğlu
“Özümüz düzəlsək…” Nə yaxşı şərtdir!
Rafiqim, rəfiqim, şərtinə qurban.
Sənə beçə kəsim, bu köhnə dərddir,
Olsun köhnə dərdim dərdinə qurban.
“Özümüz” deyəndə kimi deyirsən?
Göstərsən, ad çəksən, udarlar səni.
Haqqı söyləyəndə kəfən geyirsən,
Əskiyə bükərlər murdarlar səni.
Haqqa qurban gedən yüz ad çəkərəm,
Özün yum gözünü, içində say bir.
Adını çəkəndə fəryad çəkərəm,
Biri Mirzə Cəlil, o biri Sabir.
İndi başlamışıq hələ qızmağa,
Adəmlər şeytanla əlbir kimidir.
Daha yer qalmayıb qəbir qazmağa,
Dünya özü boyda qəbir kimidir.
Şeirin örnəkdir Məmməd Arazdan,
Dərdə dilmanc idi, ruhu şad olsun!
Sabah azad keçsin millət Arazdan,
Şair məzarında kaş rahat olsun!
Düzəlməz, özünü lap Allah sayır,
Sözünü qaş bilir baha üzükdə.
Ancaq ki, içində şeytan oynayır,
Biz də əl çalırıq… Özümüzük də…
Zaman amanverməz tülküüzlüdür,
Bəd fürsət gözləyir içi, bayırı.
İkili dünyadır, ikiüzlüdür,
Təbiət ayrıdır, cəmiyyət ayrı…
Hələ indi-indi aləm qarışır,
Qan tökən döşünə döyənləri gör!
“Özümüz düzəlsək…” şərtinə qarşı
“Özümüz bilərik” deyənləri gör!
Kimdir sayan, seçən əyrini, düzü?
Əyrilər düzlərə qurd kimi baxır.
“Özümüz düzəlsək…” Dediyin sözü
Bir kimsə özünə götürmür axı…
Rafiqim, rəfiqim, hara əyirsən?
Dünya tutmur axı indi düz sözü.
“Özümüz” deyəndə kimi deyirsən?
Havada yellənir “özümüz” sözü…
Ağasəfa
2025
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























