Xəbər lenti
Erməni qadın ZƏHRANIN və nənəsinin məzarını ziyarət etdi -FOTOLAR
“Ermənistan-Azərbaycan Sülh Platformasına” qoşulan Oksana Altunyan 30 il sonra Azərbaycana səfər edib. Oksana Altunyan Bakıda anadan olub və 1987-ci ilə qədər Bakıda yaşayıb, daha sonra ailə vəziyyəti ilə əlaqədar Moskvaya köçüb, lakin Dağlıq Qarabağ ətrafında Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişənin səbəbi ilə vətəninə qayıda bilməyib.
Azərbaycana səfərinin ilk günü Oksana Altunyan Fəxri Xiyabana gələrək, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzrını ziyarət edib. Daha sonra onun şəxsiyyətini formalaşmasında rolu olan dahi sənətçilər Müslüm Maqomayev və Rəşid Behbudovunda məzarlarını ziyarət edib.
Bundan sonra Oksana Altunyan şəhəri gəzərək, yaşadığı məhəlləyə, bitirdiyi məktəbə gedib və orda köhnə qonşuları ilə səmimi söhbət edərək öz xatirələri ilə bölüşüb. O, Bakıda erməni və azərbaycanlılar arasında münaqişənin yarandığı zaman öz ailə üzvlərinin qonşuları tərəfindən necə xilas olduğundan bəhs etdi. Oksana Altunyan qeyd etdi ki, siyasətdən uzaq olan, münaqişədən zərər çəkmiş insanlar üçün doğma vətənlərinə qayıtması çox vacib və zəruridir.
Oksana Altunyan, həmçinin “Ermənistan-Azərbaycan Sülh Platforması”-nın ofisinə baş çəkdi. Görüş zamanı Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov, Qadın Sülh və Təhlükəsizlik Mərkəzinin sədri, Sülh Platformasının üzvü Dilarə Əfəndiyeva və Sülh Platformasının həmkoordinatorları Süzan Caginyan və Orxan Nəbiyev iştirak edirdilər. Görüş zamanı Oksana Altunyan iki qonşu ölkə arasında sülh mümkün və qaçılmaz olduğunu, lakin bu xalqların arasında etimadın bərpası üçün əlavə səylərin görülməsinin vacibliyini qeyd edərək, bu prosesdə Ermənistan-Azərbaycan Sülh Platformasının xüsusi rolunun və missiyasının olduğunu bildirdi.
Əvəz Həsənov da öz növbəsində Ermənistan və Azərbaycan arasında olan münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində verdiyi töhvələrdən və təcrübədən danışdı. Konfliktoloq öz növbəsində Kazan danışıqlarının uğursuzluğundan sonra artmaqda olan gərginliyin və bu gərginliyin keçən ilin aprelindən bəri aydın şəkildə özünü faciəvi şəkildə göstərməsi, bir daha iki xalq arasında sülhquruculuğu işinin güclənməsinin vacibliyini qeyd etdi.
Dilarə Əfəndiyeva isə yerli və beynəlxalq sülhquruculuq təşəbbüslərindən danışaraq iki xalq arasında etimadın güclənməsi və münasibətlərin normallaşması üçün sadə insanların mütəmadi olaraq dialoqunun vacibliyini bildirdi.
Orxan Nəbiyev isə hər iki cəmiyyətlərdə sülh üçün sosial sifarişin mövcudluğunu qeyd etdi – heç kəs istəmir ki, onun yaxını cəbhədə həlak olsun. Bu sosial sifariş bu cür sülhquruculuğu layihələri ilə güclənir. Bu səbəbdən də münaqişə tərəflərinin hakimiyyətləri bu sosial sifarişə diqqət yetirməli və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq norma və prinsiplər çərçivəsində həll olunması məqsədi ilə danışıqlar prosesini sürətləndirməlidirlər.
Növbəti gün “Ermənistan-Azərbaycan Sülh Platforması”-nın üzvləri Oksana Altunyan və Dilarə Əfəndiyeva, o cümlədən Sülh Platformasının həmkoordinatoru Orxan Nəbiyev Füzuli rayonunnun Alxanlı kəndinə səfər edərək, minaatan və ağır artilleriya atəşi nəticəsində həyatını itirmiş 2 yaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Quliyevanın məzarını ziyarət etdilər. Oksana Altunyan onların yaxınlarına və həmkəndlilərinə başsağlığı, verərək mülki vətəndaşlara qarşı aqressiyanı pislədiyini bildirib. Oksana sülh və mehriban qonşuluğun bərpası üçün iki xalqın ziyalılarına öz səylərini birləşdirməyə çağırıb,
"Biz, cəbhədə bu vəhşiliyə son qoymalıyıq. Sadə xalqın nümayəndəsi kimi məndə Azərbaycanlılar və Ermənilər arasında sülühün bərqərar olmasını istəyirəm. Bunun üçün də, hər iki ölkənin rəhbərliyi dərhal hərbi əməliyyatları dayandırmalı və danışıqlar masasına oturmalıdır”.
Həmçinin, Oksana Altunyan Bakıda yerləşən erməni kilsəsini ziyarət edib. Burada Oksana nadir kitab nüsxələri, əlyazmaları və ermənistan ədəbiyyatının unikal inciləri ilə tanış olub, bu inciləri qoruduqlarına görə kitabxanın işçi heyyətinə öz təşəkkürünü bildirib.
Oksana Altunyan onu bürüyən hisslər haqqında danışdı. 30 ildə Bakının daha da gözəlləşdiyinu qeyd edən Altunyan, illərlə həsrət qaldığı şəhərə gələrkən, yenidən isti hislərə qovuşduğu üçün çox xoşbəxt olduğunu vurğuladı.
Oksana Altunyan yaradılan bu fürsəti ona yaratdıqları üçün “Ermənistan-Azərbaycan Sülh Platforması”-nın üzvlərinə öz dərin minnətdarlığını bildirdi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar