Sizin Reklam Burada
Xəbər lenti
20-10-2025
19-10-2025
BÜTÜN XƏBƏRLƏR

Deputat Səyyad Əliyev İsrailə qaçmağa hazırlaşır?

Tarix: 20-10-2025 22:06     Baxış: 428 A- / A+
Rusiyanın Leninqrad vilayətinin Qanunvericilik Məclisinin deputatı, milyonçu Səyyad Əliyev barəsində hüquq-mühafizə orqanlarının araşdırma apardığı bildirilir.

Mənbələr istintaq orqanlarının Leninqrad vilayətinin Nevskaya Dubrovka qəsəbəsində torpaq sahələrinin və dövlət vəsaitlərinin əlaqəli şirkətlər vasitəsilə mənimsənilməsi faktlarını araşdırdığını iddia edib.

Qəsəbənin qeyri-rəsmi olaraq Səyyad Əliyevin “mülkiyyəti” hesab edildiyi vurğulanır.
Qəsəbə şurasına isə deputatın 28 yaşlı oğlu Elçin Əliyev rəhbərlik edir.

“Lisa BASILIO” kanalının məlumatına görə, Səyyad Əliyev Azərbaycan vətəndaşı olduğundan “Bakıya qaça bilər”. Bundan əlavə, onun İsrail vətəndaşlığı olduğu da iddia edilir.

Qeyd edək ki, Səyyad Əliyev əmək fəaliyyətinə “Lendrevprom” müəssisəsində taxta məmulatı yığan və emalçı kimi başlayıb. Daha sonra Leninqrad ağac emalı zavodunda kommersiya işləri üzrə direktor müavini vəzifəsinə qədər yüksəlib.

1990-cı illərin sonu - 2000-ci illərin əvvəllərində bir sıra şirkətlərə rəhbərlik edib. 2005-ci ildə Dubrovka şəhər bələdiyyəsinin sədri seçilib. 2011-ci ildə Leninqrad vilayət Dumasının deputatı olub, 2016-cı ildə isə vilayət “Vodokanal”ının rəhbəri təyin edilib.

Elə həmin il onun ofisində xüsusi təyinatlıların iştirakı ilə axtarış aparılıb. KİV-lər bu əməliyyatı 2012-ci ildə “Stari Qorod” restoranının sahibinin qaçırılması və ondan pul tələb edilməsi işi ilə əlaqələndirirdi. Həmin cinayət işi üzrə Novruz Məmmədov, Elvin Əhmədov, İsrail Abdullayev və daha iki şəxs həbs edilmişdi.

Səyyad Əliyev isə ittihamları rədd edərək hadisəni “rəqiblərinin planlaşdırdığı kampaniya” adlandırmış, lakin ad çəkməmişdi. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar