Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Bu ərazilərdə yeni yollar tikilir - Video

Tarix: 20-10-2025 18:20     Baxış: 361 A- / A+


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Suraxanı rayonunun Bahar və Dədə Qorqud qəsəbələrini Zığ dairəsi–Hava Limanı avtomobil yoluna birləşdirən giriş, çıxış və yanaşma yolları tikir.
Manevr.az agentliyə istinadən xəbər verir ki, yanaşma yollarının ümumi uzunluğu 1600 metr təşkil edir.
Hazırda layihə üzrə ərazidə qazma və dolğu işləri icra olunur. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.
Layihənin icrası nəticəsində yolboyu hərəkət daha da rahatlaşacaq, yük və sərnişin daşımaları asanlaşacaq, həmçinin həmin qəsəbələrin sakinləri üçün Zığ dairəsi-Hava Limanı yolu ilə birbaşa nəqliyyat bağlantısı təmin ediləcək.
Bununla yanaşı, hazırda qəsəbələri birləşdirən mövcud yolun da təmiri işləri aparılır. Uzunluğu 790 metr olan bu yol üzrə köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri görülür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar