Sizin Reklam Burada
Xəbər lenti
19-10-2025
18-10-2025
BÜTÜN XƏBƏRLƏR

AZAL təyyarəsində nasazlıq - Sankt-Peterburqa təcili eniş etdi

Tarix: 20-10-2025 08:20     Baxış: 336 A- / A+
Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsinin kapitanı Sankt-Peterburq-Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo Hava Limanına eniş etməyə qərar verib.

Bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib.

Təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən, Sankt-Peterburq hava limanında fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo Hava Limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb.
Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. Xəsarət alan yoxdur.

Sankt-Peterburqdan Bakıya sərnişinlərin daşınması üçün artıq digər AZAL təyyarəsi göndərilib.
"AZAL sərnişinlərə göstərdikləri təmkin və anlayış üçün təşəkkürünü bildirir, Pulkovo Hava Limanının xidmətlərinə peşəkar və koordinasiyalı fəaliyyətlərinə görə minnətdarlığını ifadə edir", - aviaşirkətdən bildirilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar