Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Yollardakı elektron tərəzilər yükü artıq hesablayır?

Tarix: 18-10-2025 22:51     Baxış: 3123 A- / A+
Yük maşınlarının sürücüləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarət etdiyi yollardakı tərəzilərdən şikayət edirlər. İddialara görə, yük təhvil alınanda və veriləndə eyni çəki olur, amma yoldakı tərəzi artıq göstərir. Nəticədə cərimə yazılır. Bəs yollardakı tərəzilərin problemi niyə həll edilmir?

Ağcabədidə olan yük avtomobillərinin sürücüləri – Elnur Rüstəmov və Xəqani Quliyev yollarda qurulan elektron tərəzilərin yükü artıq hesabladığını iddia edirlər.

Sürücülər hətta tələb olunandan 500 kiloqram az yük vurur, buna baxmayaraq, yükün 3-4 ton artıq olması səbəbilə 600 manat cərimə edilirlər.

Məsələ ilə bağlı AYNA-nın mətbuat xidmətinin rəhbəri Tural Orucov bildirib ki, ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən yük nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi nəqliyyat vasitələrinin oxlarının sayından asılı olaraq müəyyən olunur. Bu məsələ Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə tənzimlənir.  Nəqliyyat vasitəsinin icazə verilən ümumi çəkisi sözgedən qərara əlavə olunmuş 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır.

Qərarda təsbit olunan meyarların hamısı, yəni bütün parametrlər elektron tərəzilərin alqoritmində əks olunub. Nəqliyyat vasitələri elektron tərəzilərdən keçərkən həmin alqoritmlər əsasında ölçmə aparılır. Müvafiq parametrləri aşan yük nəqliyyat vasitələrinin sürücüləri barəsində hər hansı bir fiziki təmas olmadan, real vaxt rejimində inzibati tənbeh tədbirlərinin görülməsi təmin edilir. azxeber.com

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar