Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı alim ABŞ-da yüksək vəzifəyə təyin olundu

Tarix: 18-10-2025 08:59     Baxış: 397 A- / A+
ABŞ-da fəaliyyət göstərən azərbaycanlı akademik Əqidə Mənizadə yüksək vəzifəyə təyin olunub.

O, ABŞ-ın Virciniya ştatında yerləşən Radford Universitetində Magistratura işləri üzrə köməkçi prorektor təyin edilib.

Radford Universitetinin prorektoru Betani Aşer bildirib ki, bu təyinat tələbə mərkəzli modelin gücləndirilməsinə və universitetin magistratura təhsilində uğurların artırılmasına xidmət edir. Universitet jurnalı azərbaycanlı akademikin beynəlxalq təhsilə verdiyi əhəmiyyətli töhfələr barədə geniş məqalə yayımlayıb.

Qeyd edək ki, Əqidə Mənizadə Bakı Dövlət Universitetində riyaziyyat üzrə bakalavr və magistr dərəcələrini, "William & Mary" Kollecində riyaziyyat təhsili üzrə magistr dərəcəsini, Virciniya Universitetində isə riyaziyyat təhsili üzrə fəlsəfə doktoru dərəcəsini alıb. O, 2009-cu ildən etibarən Radford Universitetinin Riyaziyyat və Statistika Departamentində professor vəzifəsində çalışır. Ə. Mənizadə həmçinin Virciniya Riyaziyyat Müəllimləri Şurasının prezidenti və "Virciniya Riyaziyyat müəllimi" jurnalının baş redaktorudur.

Akademikin tədqiqat sahələri arasında riyaziyyat təhsili, tədris metodologiyası, onlayn təhsil və təhsil qiymətləndirməsi yer alır. O, 27 elmi nəşrə imza atıb. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar