Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda bal yarmarkası keçiriləcək

Tarix: 17-10-2025 16:14     Baxış: 371 A- / A+

Bakıda bal yarmarkası keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət göstərən  “Aqrar Tədarük və Təchizat” ASC-nin birgə təşkilatçılığı, Azərbaycan Arıçılar Assosiasiyasının tərəfdaşlığı ilə 18 oktyabr -9 noyabr tarixlərində 25-ci Yubiley Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçirikəcək. 
Manevr.az xəbər verir ki, yarmarkada bu il 43 regiondan 280-dən çox fermer iştirak edəcək. İştirakçılara yerlər fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada ayrılıb. Qeydiyyat prosesi 5-7 sentyabr tarixlərində bal.kendden.az portalı üzərindən onlayn qaydada həyata keçirilib. Yarmarkaya yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2025-ci il sentyabrın 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatını bəyan etmiş fermerlərin müraciətləri qəbul edilib. Yarmarkada ümumilikdə 100 tondan çox bal və 15-dən artıq müxtəlif növ arıçılıq məhsulunun satışa çıxarılması nəzərdə tutulur. 
Satışa çıxarılan bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nümunə götürülərək laboratoriyada analiz olunub. Keyfiyyət və qida təhlükəsizliyi standartlarına cavab verməyən məhsullar satışa buraxılmayıb. 
Yarmarkada bu il bir sıra yeniliklər də tətbiq olunacaq. “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən  fermerlərə satış zamanı ödənişsiz  qablaşdırma və brendləşmə dəstəyi göstəriləcək.  
Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında  “Gənclik” metro stansiyasının yaxınlığında fəaliyyət göstərəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar