Sizin Reklam Burada
Xəbər lenti
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

Pensiya yaşı artırılır? - Deputatdan AÇIQLAMA

Tarix: 16-10-2025 14:16     Baxış: 398 A- / A+

Pensiya yaşı artırılır? - Deputatdan AÇIQLAMA

Maliyyə Nazirliyi tərəfindən hazırlanan "2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi"ndə sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatların davam etdiriləcəyi öz əksini tapıb. Bəzi iddialara görə, bu islahatlar çərçivəsində pensiya yaşı artırıla bilər.
Manevr.az-ın xəbərinə görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov modern.az-a bildirib ki, hazırda pensiya yaşının artırılması müzakirə olunmur:
"Bununla əlaqədar hər hansı layihə də təqdim olunmayıb. Ümumiyyətlə, pensiya islahatlarının dərinləşdirilməsi, pensiya qanunvericliyinin təkmilləşdirilməsi əsas prioritetlərdəndir. Burada özəl pensiya fondlarının yaradılması, sığrorta pensiya münasibətlərinin tənzimlənməsi də çox vacib istiqamətlərdən hesab olunur. Bu istiqamətlərdə islahatların dərinləşməsi, yeni qərarların qəbul edilməsi gözləniləndir. Strategiyada qeyd etməsələr də, bunlar daha uzunmüddətli dövr üçün nəzərdə tutulan məsələlərdir. Bu dövrdə xüsusilə əhalinin yaşı, sığorta ödənişləri nəzərə alınmaqla qərarların veriləcəyi gözlənilir".
Deputat qeyd edib ki, hazırda daha çox özəl pensiya fondlarının yaradılması, sığrota sistemini daha da təkmilləşdirilməsi əsas hədəflərdəndir:
"Növbəti illərdən addımların atılması gözlənilir. Konkret pensiya yaşının artırılması isə nəzərdə tutulmayıb. Hər hansı layihə müzakirə olunub, Milli Məclisə təqdim olunmayıb. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi mövcud fiskal imkan nəzərə almaqla bu istiqamətdə fəaliyyətləri planlaşdırıb, sistemləşdirməyə çalışır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar