Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Atasından sonra hamilə arvadını da döyərək - Uşağının ölümünə səbəb olubmuş...

Tarix: 15-10-2025 22:02     Baxış: 371 A- / A+
Atasından sonra hamilə arvadını da döyərək - Uşağının ölümünə səbəb olubmuş...Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 27 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib.

Xəzər Rayon Məhkəməsində Türkan qəsəbə sakini Atlıxan Şəmsəddin oğlu İbrahimov Cinayət Məcəlləsinin 133.2.2 və 133.2.4-cü maddələri ilə təqsirli bilinib.

Araşdırmalarla müəyyən edilib ki, Atlıxan kəskin psixotik vəziyyət xəstəliyindən əziyyət çəkən və hamilə olan arvadına mütəmadi fiziki şiddət göstərib. O, hər dəfə qadını döyərkən bədəninin müxtəlif nahiyələrindən dişləyərək əzab verib. Sonuncu dəfə isə Atlıxan yeməyin duzlu olmasını bəhanə gətirərək həyat yoldaşına zərbələr endirib. Həmin zaman 18 həftəlik hamilə olan qadının bətnindəki döl tələf olub və tibbi müdaxilə göstərilib.

Məhkəmədə çıxış edən qızın atası övladının ailəsində ciddi problemlər olduğunu, lakin Atlıxanın atası Şəmsəddinin xahişi ilə onların birgə yaşamasına razı olduqlarını deyib: "Onunla birlikdə yaşadıqları ərəfədə Atlıxan mütəmadi olaraq qızımı döyərək təhqir edib, döyməsinə səbəb isə müxtəlif bəhanələr olub. Polisə şikayət etməməyimizə səbəb qızımın ailəsini dağıtmaq istəməməyimiz olub. Atlıxan qızımın hamilə olduğunu bilirdi, buna baxmayaraq onu döyürdü".

O da məlum olub ki, Atlıxan əvvəllər narkotik vasitələrlə bağlı cinayətə görə məhkum edilib. Onların ailəsi ilə bağlı problem daha əvvəl də mediada işıqlandırılıb. Belə ki, 2023-cü ildə Atlıxan yaşadıqları evdə birinci qrup əlil olan atasını döyüb və bu zaman qardaşı həmin hadisəni videoya çəkərək paylaşıb. Görüntülərdə qardaşının Atlıxanı atasını döydüyü üçün söyərək təhqir etməsi də əks olunub.

Məhkəmənin ötən həftə çıxardığı hökmlə Atlıxan İbrahimova 2 il 6 ay həbs cəzası verilib. O, cəzasını ciddi rejimli müəssisədə çəkəcək. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar