Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Bakalavr təhsili olan zabitlərin ehtiyata buraxılma qaydalarına dəyişiklik edilir

Tarix: 15-10-2025 16:12     Baxış: 470 A- / A+
Bakalavr təhsili olan zabitlərin ehtiyata buraxılma qaydalarına dəyişiklik edilir
Bakalavr təhsili alan və 10 ildən az müddətə xidmət edən zabitlər ehtiyatda olmağın son yaş həddinə çatmadan öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxıla biləcəklər.
Manevr.az xəbər verir ki, bununla əlaqədar "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik təklif edilir.
Qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunub.
Qüvvədə olan qanuna əsasən, həqiqi hərbi xidmət dövründə Azərbaycanda və xaricdə ali təhsil müəssisələrinin magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) 10 ildən az müddətdə xidmət etmiş kadr zabitlər də öz arzusu ilə ehtiyata buraxıla bilirlər.
Təklif edilən dəyişikliklə isə bu siyahıya bakalavr təhsili də əlavə edilir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar